Bayramdan sonra hansı avtomobillər BAHALAŞACAQ? - AÇIQLAMA
Son vaxtlar vətəndaşların avtomobillərə olan tələbatı artır. Yeni maşın almaq istəyənlər rəsmi dillerlərin qapısını döyürlər. Bəs Novruz bayramından sonra hansı avtomobillərin qiyməti bahalaşacaq?
Məsələ ilə bağlı "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyində icraçı direktoru,avtomobil bazarı üzrə tanınmış ekspert Eyyub Əliyev Sonxeber.az-a açıqlama verib:
"Bayramdan sonra əgər rəsmi dillerlər tərəfindən gətirilən avtomobillərdən gedirsə, heç bir qiymət artımı yoxdur və gözlənilmir. Burada söhbət rəsmi avtomobil idxalçılarından gedir. Amma ikinci əl bazarında süni artım həmişə olub və olacaq. Əsasən yaşı 10 il yuxarı olan avtomobillərin ölkəmizə qadağasından sonra, bu avtomobillər bazara daxil olmur. Ona görə də bu avtomobillər ilə bağlı qiymət artımı var. İkinci əl, mühərrik həcmi böyük olan, yəni 3-4 yarım olan avtomobillərdə qiymət artımı yox, əksinə endirimi müşahidə edirik. Onların qiyməti düşür. Çünki vətəndaşlarımız artıq ekonoma üstünlük verdiyi üçün bu avtomobillərin qiyməti düşür. Nəzərə alaq ki, artıq vətəndaşlarımız ekoloji təmiz nəqliyyat vasitələrinə önəm verirlər. Bunlar elektrik və hibrid avtomobillərdir. Cənab prezidentin sonuncu sərəncamından sonra bu infrastruktur ilə bağlı elektrik avtomobillərinə maraq birə-beş artacaq. Ümid edirəm ki, bizim köhnə avtoparkımızın bir hissəsi ekoloji təmiz nəqliyyat vasitələrinin hesabına yenilənəcək".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1726 Tarix: 18 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyun"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"
Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif
20 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunMoldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyun