Ermənistan bu 4 kəndi Azərbaycana geri qaytarır! - ARAŞDIRMA

Ermənistan bu 4 kəndi Azərbaycana geri qaytarır! - ARAŞDIRMAErmənistanın baş naziri Nikol Paşinyanın Qazaxın Əskipara kəndinə səfərinin detalları ilə bağlı mətbuatda xəbərlər yayılıb. Paşinyan Əskiparada, Bağaniz Ayrımda və ətraf ərazilərdə məskunlaşmış ermənilərlə görüşüb və onlara bu kəndlərin Azərbaycana qaytarılmasının vacibliyini izah edib. Görüşdən sonra Əskipara və Bağanis Ayrım sakinləri Ermənistan hökumətinin Tavuş vilayətinin kəndlərini Azərbaycana geri qaytarmağa edəcəyi təqdirdə yolları bağlamağa və özünümüdafiə dəstələri təşkil etməyə hazır olduqlarını bildiriblər. Bəs kəndlər geri qaytarılacağı təqdirdə hər hansı münaqişə yarana bilər?

Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlamasında bildirib ki, Ermənistan baş nazirinin Tavuş rayonuna səfəri, Azərbaycanın eksklavları ilə təmasda olan kəndlərində əhali ilə etdiyi görüşlərindən çıxan nəticə ondan ibarətdir ki, Ermənistan bu kəndlərin qaytarılmasında qərarlıdır:

"Bu görüş kəndlərin qaytarılmasında Paşinyanın qərarlı olduğunun göstəricisi, mümkün olacaq problemlərin həllinə yönəlik Ermənistan vətəndaşları ilə müzakirəsidir. Eyni zamanda mümkün ola biləcək problemlərin dövlət qurumları qarşısında qaldırılması məsələsidir. Bizim yanaşmamız odur ki, Ermənistan artıq müzakirələrə başlayıb. İşçi qrupların bunu necə həyata keçirəcəyinə dair sahədəki fəaliyyətini görəcəyik. 4 kəndimiz hansı ki, Ermənistan üçün anklavdır, yaxud bizim üçün eksklavdır. Daha sonra bu kəndlərin Azərbaycana təhvil verilməsi o qədər çətin məsələ deyil. Delimitasiya və demarkasiya prosesləri üçün danışıqlar gedir. Bu kəndlərin Azərbaycana öz əraziləri olaraq keçməsində Ermənistana problem yaradacaq bir durum yoxdur".

Ekspertin sözlərinə görə, Ermənistana gələcəkdə problem yaradacaq hissəsi yuxarı və aşağı Əskipara arasında olan Voskepar kəndidir:

"Onuda sonradan yaratdılar. İndi bu kəndin içərisində Ermənistandan Gürcüstana nəqliyyat yolu keçir. İndiki mərhələdə onun müzakirələrini Azərbaycan üzərinə götürsə, yola Ermənistanın necə nəzarət edəcəyi ilə bağlı məsələlər həll olunacaq. Bizim üçün eksklavlarımıza gedib-gəlmək üçün nəqliyyat yollarını Ermənistan bizimlə razılaşdırmalıdır. Çünki gediş-gəliş yolları Ermənistan ərazisindən gedib gələcək. Ona görə də, düşünürəm ki, Ermənistan bunu müharibə səbəbi etmədən qərarlılığını danışıqlarda və əhali ilə davam etdirə bilər. Bu məsələ Azərbaycan və Ermənistan arasında müharibəsiz həll ediləcək. İndi ola bilər ki, Ermənistanı cəsarətləndirən qüvvələr, Fransa kimi təhrik etmək istəsə də Ermənistan indiki məqamda bundan imtina edə bilər. Müharibə səbəbi ola biləcək vəziyyət ancaq bu halda ola bilər. Düşünürəm ki, danışıqlar prosesi Ermənistan üçün ən ağrısız və acısız variantdır. Ermənistan artıq bizi sahədə yaxşı tanıyır. Bu baxımdan onların ehtiyatlı olmasında fayda var".
Ermənistan bu 4 kəndi Azərbaycana geri qaytarır! - ARAŞDIRMASiyasi şərhçi Səxavət Məmmədin sözlərinə görə, Paşinyan sonuncu mətbuat konfransında bildirmişdi ki, Azərbaycanın 4 kəndi ilə bağlı heç vaxt danışıqlar olmayıb. Eyni zamanda demişdi ki, Azərbaycan qaytarılmayacaq. Hətta nə sovet dövründə, nə də indiki vaxtda belə adda kəndlərin olmadığını demişdi. Amma sonra Ermənistan mediasında belə bir informasiya yayıldı ki, guya kəndləri qaytarmaq istəyirlər:

"Elə Paşinyan söz vermişdi ki, Tavuş sakinləri ilə görüşəcək və görüşün nəticəsinə uyğun olaraq hansısa bir qərar alacaq. Çox maraqlıdır ki, Ermənistan mediası yazır ki, Tavuş sakinləri ilə görüşəndə içəri telefon buraxmayıblar və sakinlərin üstü dedektorlar ilə yoxlanılıb. Yəni orda Paşinyanın hansısa fikri yayılmasın istəyirlər. Bunu erməni mediası yazır. Paşinyan görüşdən sonra bildirib ki, əgər 4 kəndi qaytarmasalar Azərbaycan ilə müharibə olacaq. O belə bir bəyanat verib. Rusiyadan Mariya Zaxarova belə bir açıqlama verib ki, bu məsələni Rusiyanın üstünə atırlar. Guya Rusiya istəyir müharibə olsun və ölkə qətiyyən belə bir şey istəmir. Bu qərb ilə Paşinyanın anlaşmasından çıxan bir qərardır. Mən düşünürəm ki, Azərbaycan tərəfi 4 kəndin qaytarılması ilə bağlı dirənişlərini davam etdirəcək".

Səxavət Məmmədli qeyd edib ki, çünki 10 noyabr bəyanatına görə, Ermənistan 8 kəndin qaytarılması ilə bağlı öhdəlik götürüb. Burada həm Qazaxın 7 kəndi və Kərki anklavı var. Paşinyan sadəcə olaraq Gürcüstan yoluna görə narahat olduğunu deyir. Əlavə yeni yol və tunellər çəkilməlidir. Bu olmasa yol məsələsi ciddi problemlər yaradacaq. Belə bir vəziyyət yaranıb:

"Azərbaycan istəyində haqlıdır və israrlıdır. O kəndlər ilə bağlı prosesin qısa zamanda həll olunacağını gözləmirəm. Proses uzun çəkəcək. Bundan əlavə Paşinyan Tavuşa getməsi və sakinlər ilə görüşü bir məsələyə dəlalət edir. Yaxın zamanda bəyanatlar verməyə başlayacaqlar. Kəndlər Azərbaycana qaytarılsa, sakinlər aksiyalara başlayacaq və mitinqlər keçirəcək. Bununla partizan müharibənin başlanması ilə bağlı bəyanatlar verəcəklər. Əslində əhalini arxasına alıb, Azərbaycana təzyiq etmək üçün Avropaya müraciət etmək üçün addımlar atmağa çalışa bilərlər. Əhalidən guya dəstək alsın və Azərbaycanın üzərinə gəlməyə çalışacaqlar. Ermənistan tərəfi bunu etməkdə ustadır və onları artıq tanıyırıq. Bunu etməkdə məqsədi prosesi bir qədər uzatmaqdır. Hətta düşünürəm ki, yaxın zamanda aksiyalar başlaya bilər. Vaxt qazanmaq istəyirlər və sakinlər üzərindən bunu etməyə çalışacaqlar".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1767   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr