Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - AÇIQLAMA
Gələn il pensiyaların nə qədər artırılacağı bu il orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyən ediləcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, pensiyaların artımı cari ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun növbəti ildə həyata keçirilir.
"Belə ki, pensiyalar indeksasiya olunur və onun sığorta hissəsi artırılır. Misal üçün, 2022-ci ildə respublika üzrə orta aylıq əməkhaqqı 15 faiz artmışdı, ona görə də 2023-cü ildə pensiyaların məbləği 15 faiz artırıldı, yəni sığorta hissəsi indeksasiya olundu.
2023-cü ildə isə orta aylıq əməkhaqqı 11 faiz artmışdı və ona görə də 2024-cü ildə pensiyalar indeksasiya olunaraq, 11 faiz artırıldı. Bu il ərzində isə orta aylıq əməkhaqqının nə qədər artacağı proqnozlaşdırılmayıb. Yəqin ki, ilin birinci yarısının yekunlarından sonra bəlli olacaq. Ona da uyğun gələn il pensiyalar indeksasiya edilərək artırılacaq", - deyə M.Quliyev vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin 5 noyabr tarixində Milli Məclis tərəfindən "Əmək pensiyaları haqqında" qanuna üçüncü oxunuşda qəbul edilən dəyişikliklərə əsasən, pensiyaların indeksləşdirilərək artırılmasında bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edilib. Belə ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində indeksləşdirilərək artırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1166 Tarix: 19 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr