Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olundu - YENİLƏNİB
Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Alı İsrayıl oğlu Əliyevin vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.
"Hazırda Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - məlumatda qeyd edilib.
19:00
Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, söhbət Quru Qoşunların mühasibi Alı İsrayıl oğlu Əliyevdən gedir.
Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.
Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumat Hərbi Prokurorluqdan təsdiq edilib.
Qeyd edək ki, Alı Əliyev nazirlikdə "Dayı" ləqəbi ilə tanınırdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Sabah leysan olacaq, qar yağacaq
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon