Paşinyan: "Bakının tələb etdiyi kəndlərdən ikisi zatən onun nəzarətindədir"
Bakının tələb etdiyi iki kənd Azərbaycanın nəzarətindədir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən deyib.
O, müxalifətin Tavuş rayonunun 4 kəndinin Azərbaycana verilməsi ilə bağlı iddialarını təkzib edərək, müzakirə olunan ərazilər arasında belə yaşayış məntəqələrinin olmadığını bildirib.
"Bu sahə öz spesifikliyinə və demarkasiyasına görə ən çətin ərazidir. Ermənistan hökuməti bu ərazidən delimitasiya prosesinə başlamağa hazırdır", - deyə hökümət başçısı bəyan edib.
Onun sözlərinə görə, bu hissədə Ermənistan tərəfdə Bağanıs kəndi, Azərbaycan tərəfdə isə Bağanis-Ayrım kəndi yerləşir. və bunlar fərqli kəndlərdir.
"Ermənistan tərəfində olan Voskepar kəndi qarşısında, sərhəddə azərbaycanlıların Aşağı-Əskipara yaşayış məntəqəsi var. Ermənistanın Kirants kəndinin qarşısında Azərbaycanın Xeyrimli, Ermənistan tərəfdən Berkaberin qarşısında isə Qızıl Hacılı kəndi yerləşir. Eyni zamanda, Qızıl Hacılı həm bu gün, həm dünən, həm də 20 il əvvəl Azərbaycanın nəzarətində olub. Ermənistan hökuməti istəsə belə, onu təslim edə bilməz, bu yaşayış məntəqəsi həmişə Bakının nəzarətində olub", - deyə Paşinyan vurğulayıb.
Bundan əlavə, hökumət başçısının sözlərinə görə, Aşağı Əskipara kəndi də Azərbaycanın nəzarətindədir.
Paşinyan vurğulayıb ki, delimitasiya zamanı Voskepar kəndinin təhlükəsizlik məsələləri müzakirə olunur./APA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 959 Tarix: 21 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr