Gürcüstanda Novruz bayramı qeyd olunub, Baş nazir Azərbaycan və Türkiyəni təbrik edib
Gürcüstanın Marneuli rayonunda Novruz bayramı qeyd olunub.
"Report"un yerli bürosu xəbər ki, martın 21-də təşkil olunan bayram şənliyinə Gürcüstanın Baş naziri İrakli Kobaxidze də qatılıb.
Tədbirdə, həmçinin Barışıq və Vətəndaş Bərabərliyi naziri Tea Axvlediani, hökumət üzvləri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri - Faiq Quliyev, Ali Kaan Orbay, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Giorgi Doxturaşvili, Marneulinin meri Kənan Ömərov, parlamentin deputatları Savalan Mirzəyev, Zaur Darğallı, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Baş nazirə Novruz bayramı barədə məlumat verilib, hədiyyələr təqdim olunub. Daha sonra rəsmilər Novruz tonqalını alovlandırıblar.
Baş nazir İrakli Kobaxidze Gürcüstanın azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib, Novruzu qeyd edən insanlara cansağlığı, sülh və tərəqqi arzulayıb.
"Əziz etnik azərbaycanlı həmvətənlərimizi, qardaşımız Azərbaycanı, Türkiyəni, bu bayramı qeyd edən hər kəsi təbrik edirəm. Vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, daha çox bərəkət, xalqımıza daha çox sevinc, sabitlik arzulayıram. Azərbaycanlı həmvətənlərimizə, çox zəhmətkeş, ziyalı insanlara böyük hörmət və məhəbbətimi ifadə etmək istəyirəm. Ölkəmizin bu gün möhkəm birliyə ehtiyacı var və ən yaxşısı odur ki, biz buna nail olmuşuq", - hökumət başçısı deyib.
Sonra Azərbaycandan gəlmiş müğənnilər, rəqs qrupları, eləcə də yerli musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər.
Qonaqlar Azərbaycan mətbəxinin təamları, eləcə də paxlava və şəkərburanın dadına baxıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 762 Tarix: 21 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr