Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
"Qarabağ" FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanovu da hiddətləndirib.
Sonxeber.az "sportinfo.az"a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib, Elvini külli miqdarda cərimələməyib.
Q.Qurbanov E.Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o, bu kimi neqativ davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir. Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək.
Qeyd edək ki, UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. Buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub. O, Bakıda "Bayer"ə qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxıb. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək. Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə alıb. Başqa sözlə, o, avrokuboklarda ən azı 2 oyunu buraxacaq. Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.
Məlum olduğu kimi, Azərbaycan millisi Bakıda "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib. "Tofiq Bəhramov"da baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər - 1:1. Elvin Cəfərquliyev burada da diqqət mərkəzinə düşüb. Müdafiəçi matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına təhqiramiz ifadələr işlədib. Sarı kart alan Elvin final fitindən sonra da dilini dinc saxlamayıb. O, paltardəyişmə otağına yollanarkən, üzünü yenə hakimlərə tərəf tutaraq "kotostrofa" ifadəsini işlədib. Cəfərquliyevin bu hərəkətləri birmənalı qarşılanmayıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 970 Tarix: 28 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi
DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib. Qaynarinfo xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb. Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem top
6 iyulQurban Qurbanov: "Bir neçə gün vaxtımız olsaydı..."
"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı pis keçməyib. Qaynarinfo xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis keçirdikləri iki yoxlama oyunu barəsində danışıb:. "Bu gün iki oyun keçirdik. "Xarkov"l
2 iyul"UFC Fight Night Baku"da Tahir Abdullayevdən İLK QƏLƏBƏ
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinə start verilib. xəbər verir ki, ilk döyüşdə azərbaycanlı Tahir Abdullayev oktaqona çıxıb. O, Braziliyadan olan rəqibi Ceferson Nasimentonu döyüşün üçüncü raundunda məğlub edib. Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən "UFC Figh
27 iyun"Qarabağ" - Vestri" oyununun biletləri satışda
Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" (İslandiya) matçının biletləri satışa çıxarılıb. Qaynarinfo xəbər verir ki, satış prosesi saat 15:00-dan etibarən başlayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərini
3 iyulRonaldo karyerasını bitirəcək? - Video
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo 2026-cı il Dünya Çempionatının karyerasındakı son mundial olduğunu rəsmən təsdiqləyib. "Qafqazinfo"nun xəbərinə görə, 41 yaşlı hücumçu Portuqaliyanın 1/8 final mərhələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşmasından sonra gələcəyi il
7 iyul"UFC Fight Night Baku": Fərman Həsənov amerikalı rəqibini məğlub etdi
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb. xəbər verir ki, yarımorta çəki dərəcəsində təmsilçimiz Fərman Həsənov (77.33 kq) ABŞ təmsilçisi Erik Nolanla (77.33 kq) qarşılaşıb. O, ABŞ-dən olan rəqibinə hakimlərin yekdil qərarı nəticəsində qalib gəlib
27 iyunDÇ-2026: Portuqaliya və İapaniya 1/8 finalda
Futbol üzrə dünya çempionatı davam edir. Bu gecə 1/16 finalın daha 2 qarşılaşması baş tutub. Qaynarinfo-nun məlumatına görə, Los-Anceles stadionunda keçirilən günün ilk oyununda İspaniya Avstriya üzərində 3:0 hesablı qələbə qazanıb. Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar
3 iyulErve Renar Tunis millisi ilə vidalaşdı
Fransalı mütəxəssis Erve Renar futbol üzrə Tunis millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib. Erve Renar Tunis millisinə dünya çempionatının qrup mərhələsinin ilk turundan sonra - iyunun 16-da baş məşqçi təyi
5 iyul