Azərbaycanda hər doğulan uşağa görə birdəfəlik 5000 manat MÜAVİNƏT VERİLMƏLİDİR! - TƏKLİF

Azərbaycanda hər doğulan uşağa görə birdəfəlik 5000 manat MÜAVİNƏT VERİLMƏLİDİR! - TƏKLİFMəlum olduğu kimi, Rusiyada doğum nisbətinin artımı məqsədilə bir sıra sosial-iqtisadi layihələr həyata keçirilir. Belə ki, birinci uşaq üçün analar 466 417 rubl (12 min 879 AZN) pul alırlar. İkinci uşaq üçün isə bu müavinət daha 150 min rubl (4100 AZN) artırılır. Üç uşağı olan ailələr üçün dövlət əlavə olaraq 450 min rubl həcmində ipoteka krediti ödəyir. Bu baxımdan doğum nisbətinin normaya salınması və ailələrin vəziyyətinin yaxşılaşdırılması üçün sözügedən layihələr Azərbaycanda tətbiq edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, bütün ölkələrdə bu və ya digər şəkildə dövlət tərəfindən ailələrin və çoxuşaqlılığın dəstəklənməsi həyata keçirilir. Müxtəlif formalarda sosial və iqtisadi dəstək paketləri var. Mənəvi-psixoloji yardımlar var ki, həmin ölkə əhalisi normal qaydada demoqrafik göstəricilərə malik olsun. Normal deyərkən bir ailədə minimum üç uşağın olması nəzərdə tutulur. Bundan aşağı isə normal deyil:

"Hər hansı bir əhalinin davam etməsi üçün ailələrdə minimum 3 uşaq olmalıdır. Bundan az olanda tədricən həmin xalq məhv olur və yoxa çıxır. Bizdə isə bu qırmızı xətt çoxdan keçilib. Hətta bir uşaqlı ailə modelinə keçmişik. Bu isə faciəvi vəziyyətdir və SOS siqnalıdır. Əfsuslar olsun ki, biz sosioloqlar bu barədə yazırıq və təhlillər veririk, lakin heç bir nəticə əldə olunmur. Uşaq doğumunun və ailə quranların sayının azalması çox ciddi problemdir. Strateji planda isə faciəvi bir vəziyətdir. Burada artıq gündəmə dövlətin sosial-iqtisadi yardım paketləri gəlir. Bu siyasət nədən ibarət olmalıdır? Birincisi, bizim qanunlarımızın şərtləri və tələbləri tamamilə köhnəlib. Bizdə çoxuşaqlı ailələrə dəstək proqramı var. Təsəvvür edin ki, bu altı uşaqdan başlayır. Altı uşaq ailədə olarsa bu zaman dövlət onlara 105 manat pul verəcək. Bu yardım növü demək olar ki, yoxdur. Ölkədə altı uşaqlar barmaqla sayılacaq qədərdir. Yəni bunu yox saymaq olar. Təcili surətdə bu dəyişdirilməlidir. 3 uşaqlı ailələr artıq faktiki olaraq çoxuşaqlıdır. Şəxsən öz ətrafımda nadir 3 uşağı olan ailə tanıyıram. Dövlət bunu çoxuşaqlı ailə olaraq qəbul etməli və buna uyğun müxtəlif sosial dəstək paketləri etməlidir. Bütün ölkələrdə olduğu kimi, bizdə də uşaqpulu verilməlidir. Bunun imtinası üçün heç bir bəhanə, heç bir əsas yoxdur. Çünki əvvəl deyirdilər ki, bizdə uşaq doğumu yüksəkdir və buna ehtiyac yoxdur. İndi isə müqayisəli statistika onu göstərir ki, çox kəskin şəkildə azalma var. Səhv etmirəmsə isə bu azalma 40 faizdir. Daha sonra dedilər ki, bizdə gənclər əhalinin böyük hissəsini təşkil edir və məlum oldu ki, gənclərin sayı əhalinin ümumi çəkisində azalır. Ailə qurulması azalır və boşanmaların sayı çoxalır. Bütün bu kimi proseslər ilə əhalinin ömrü azalır. Beləliklə çox ciddi problem qarşısındayıq".

Elçin Bayramlının sözlərinə görə, dövlət birdəfəlik və aylıq uşaqpulu yenidən bərpa etməlidir. Birdəfəlik ödənilən uşaqpulu isə 500 manatdır. Bu gülünc bir rəqəmdir. Müxtəlif ölkələrdə bu rəqəm azı 5-10 mindir. Heç olmasa bu 10 dəfə artırılmalıdır:

"Ən azı 5 min manat hər uşağın doğulmasına görə dəstək verilməlidir. Aylıq müavinət isə heç olmasa aylıq 100-200 manatdan başlayaraq, təyin olunmalıdır. Burada məsələyə maliyyə cəhətdən yanaşa bilərlər ki, bu dövlət büdcəsi üçün böyük yük olacaq. Bununda heç bir əsası yoxdur. Çünki müxtəlif qeyri-şəffaf təyinatlı sosial ödəmələri ləğv etməklə, bunu uşaqpuluna yönəltmək olar. Məsələn ünvanlı sosial yardım və başqa bir neçə müavinətlər çox hallarda real ehtiyacı olan insanlara çatmır. Bu baxımdan əlavə vəsaitlər ləğv olunmalı və uşaqpuluna yönəldilməlidir. Çünki hər bir uşağın sayı dəqiq olaraq məlumdur. Uşaqpulu burada tam şəffafdır və 1 qəpikdə yayındırmaq olmaz. Bəzi deputatlarımızın qeyd etdiyi kimi, uşaqpulunun verilməsi uşaqların artımını təmin etmək üçün də deyil. Ona heç gətirib çıxarmayacaq. Bu sadəcə mövcud uşaqların sağlam və normal böyüməsinə bir dəstək olacaq. Onsuz da indiki dövrdə insanlar çoxuşaqlı olmağa müsbət yanaşmırlar. Bu da tək sosial-iqtisadi səbəbdən deyil. Burada mənəvi-psixoloji səbəb var. İmkanlı ailələr belə çox uşaq istəmirlər. Hətta dövlət bu kimi tədbirlərin həyata keçirsə belə, əhalinin artımına nail ola bilməyəcəyik. Minimum azalmanı dayandıra bilərik. Müxtəlif ölkələrdə başqa dəstək paketləri var. 3-5 uşaqdan başlayaraq torpaq sahələri, özünə məşğulluq çərçivəsində biznes planları və ev verilməsi kimi məsələlər var. Bu formalardan istifadə olunmalıdır".

Sosioloq deyib ki, strateji planda indidən tədbirlər görülməlidir ki, artıq faciəvi çatanda bu tədbirlər effekt verməyəcək. Artıq təhlükə göz qabağındadır. Bütün rəqəmlər açıq şəkildə göstərir və prosesin hara getdiyi görünür. Dövlət təcili surətdə bunu etməyə məcburdur. Maliyyə imkanları artıqlaması ilə var və heç bir problem yoxdur. Maliyyə çətinliklərimiz yoxdur və gəlirlər ilbəil artır. Heç bir ciddi maliyyə problemi olmayacaq. Buna görə də dövlət məsələ üzrə ciddi proqram qoymalıdır:

"Birincisi tək çoxuşaqlıların yox, ailələrin qorunması vacibdir. Boşanmalar üzrə dünyada lider mövqedəyik və ailə institutlarımız məhv olur. Bunun qarşısını almaq üçün tədbirlərə ehtiyac var. Qonşu Rusiyada bir çox tədbirlər var. Belə ki, 20 il boşanmayan ailələrə dövlət bir sıra güzəştlər və yardımlar edir. Özü də bu məsələyə ciddi yanaşırlar. Deməli həm də belə yardımlar olmalıdır. Sosial səbəblərdən gənclər ailə qura bilmir. Həm uzunömürlülük, həm də uşaq doğumu stimullaşdırılmalıdır. Belə bir siyasət aparılmalıdır ki, ailələr çox uşaqların doğulmasında maraqlı olsun. Çox deyərkən, heç olmasa minimum 2-3 uşaqdan söhbət gedir. Bir uşaqlı ailə modelini dayandırmaq lazımdır. 2-3 uşaqlı ailələri qorumaq belə bu artımı təmin etməyəcək. Elə mövcud sayın güc-bəla ilə qalmasına səbəb olacaq. Həm də təkcə say deyil, keyfiyyət lazımdır. Sağlam cəmiyyət istəyiriksə, ailələr üçün sağlam bir mühit formalaşdırmalıyıq. Onların normal tələbatlarını ödəmək üçün dövlət sosial yardım proqramlarını həyata keçirməlidir. Dövlətin əsas məqsədi də budur. Ona görə təklif edirəm ki, parlamentdə deputatlar boş-boş və mənasız mövzulardan saatlarla müzakirə aparmaqdansa, bu kimi strateji məsələləri ortaya qoysunlar və qanun qəbul etsinlər. Eyni zamanda mediada və sosioloqlar bu kimi məsələləri aktual saxlasınlar. Çünki bu artıq gecikib və çoxdan edilməli idi".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6735   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hansı hallarda vətəndaşlar hüquqlarının pozulduğunu gec anlayırlar? - AÇIQLAMA

Hüquqların pozulması hər zaman açıq və dərhal hiss olunan formada baş vermir. Bir çox hallarda vətəndaşlar hüquqlarına müdaxilə edildiyini ya gec anlayır, ya da ümumiyyətlə bunun hüquqi məsələ olduğunu fərq etmir. Hüquqi savadlılığın yetərli olmaması, etibar münasibətləri və sənədlərin diqqətlə oxunmamas

16 fevral
.

Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağrıldı

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümün

17 fevral
.

Yük maşınının altında qalaraq öldü

Xızı rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, fevralın 16-sı saat 13 radələrində Sitalcay kəndi ərazisində Ucar rayon sakini 1963-cü il təvəllüdlü Abuzər Durasan oğlu Həsənov yük maşınının altında qalıb. Belə ki, 63 yaşlı şəxs "Howo" markalı avtomobild

17 fevral
.

Ramazan ayı başlayır - Təqvim açıqlandı

Ramazan ayının təqvimi açıqlanıb. xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. Belə ki, Ramazan ayının ilk günü fevralın 19-na, Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də qeyd olunacaq

17 fevral
.

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən "Medi Hall" hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Niga

16 fevral
.

Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb

17 fevral
.

Yeni nazir müavinləri kimdir?

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavini təyin edilib. Belə ki, general-mayor Yusif Nəbiyev və Xanlar Cəbrayılov nazir Kəmaləddin Heydərovun müavini olub. Qaynarinfo-nun məlumatına görə, Nəbiyev Yusif Mahmud oğlu uzun illərdir Fövqəladə Hallar Nazirliyinin Baş yanğı

16 fevral
.

Məşhur meyxanaçı ağır əməliyyatdadır

Meyxanaçı Orxan Lökbatanlı səhər saatlarında əməliyyata girib. -ın verdiyi məlumata görə, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı hazırda əməliyyatdadır

16 fevral
.

Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad olunub. xəbər verir ki, bununla bağlı TƏBİB rəsmi məlumat yayıb. Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə həmin vəzifənin müvəqqəti icrası Anar İsrafilova həval

16 fevral