Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
Azərbaycanda bir sıra tibb müəssisələrində ixtisasına uyğun olmayan işlərdə çalışan, hətta cərrahiyə əməliyyatları edən həkimlərin olduğu barədə məlumat vermişdik.
Bu məsələ o qədər aktuallaşıb ki, artıq bir qrup peşəkar həkim diplomsuz çalışan həkimlərin siyahısını yayıb və aidiyyatı qurumları məsələylə bağlı tədbir görməyə çağırıblar. Bundan sonra Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bir çox kliniklarda yoxlamalar aparıb, aşkarlanan nöqsanlarla bağlı cərimələr yazıb.
Amma hansısa qüvvə müəyyən adamları, tibb müəssisələrini bu cərimələrdən qoruya bilir.
Məsələn, "Medicina"nın aşkara çıxardığı diplomu olmadan həm plastik-estetik, həm də LOR əməliyyatlar icra edən Fuad Abdullayevi. Məlum olub ki, bütün sosial şəbəkə profillərində plastik, estetik, LOR cərrah kimi özünü tanıdan Fuad Abdullayev əslində ixtisasca ümumi cərrahdır. O, 20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib, Mərkəzi Dənizçilər Xəstəxanasında çalışıb.
Son beş ildir estetik cərrahiyyəyə tələbat olduğundan Fuad Abdullayev peşəsini dəyişib. Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun əməliyyatlarına kimi hər cür əməliyyatlar edir.
Fuad Abdullayev Bakupost.az -ın əməkdaşının sualına dəqiq cavab verməyərək, cərrah olduğunu, LOR cərrahiyyə üzrə də ixtisaslaşdığını və 20 ilin həkimi olduğu üçün hər cür əməliyyatlar keçirməyə ixtiyarı olduğunu deyib. O qeyd edib ki, belə məsələləri qabartmaq yersizdir.
Bakupost.az məsələ ilə bağlı həm həkimin çalışdığı "Lanset Cərrahlıq klinikası"na, həm də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu göndərib.
"Lanset Cərrahlıq klinikası"nın baş həkimi Rahim Əliyevin imzasıyla sorğuya cavab olaraq bildirilib ki, Fuad Abdullayevlə bağlanan müqaviləyə xitam verilib, hazırda həmin klinikada çalışmır.
Eyni məzmunlu cavab Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən də gəlib. Bildirilib ki, klinikada yoxlama aparılıb və məlum olub ki, həmin şəxs artıq orada çalışmır.
Hər iki cavabdan görünür ki, Fuad Abdullayev "Lanset Cərrahlıq klinikası"nda işləyib. Amma hansı qanunla işləyib? Qanunsuz işlədiyi aşkarlandığı üçün hansı tədbirin görülməsi barədə də heç bir məlumat yoxdur.
İkinci və daha biabırçı fakt ondan ibarətdir ki, istər klinika, istərsə də Səhiyyə Nazirliyinin müvafiq qurumunun faktı gizlətməyə çalışdığı ortaya çıxıb. Çünki işdən çıxarıldığı bildirilən Fuad Abdullayev bu gün də "Lanset Cərrahlıq klinikası"nda fəliyyətini davam etdirir. Bunu klinikayla əlaqə saxlamaqla və ya da həkimin sosial şəbəkə profillərini izləməklə görmək olar.
Bəs görəsən, klinikanı cərimədən, həkimi işdən çıxarmaqdan kim qoruyub? Hansı güc bir həkimə görə Analitik Ekspertiza Mərkəzini yalan məlumat yaymağa məcbur edib?
Yeri gəlmişkən qeyd edək ki, "Lanset Cərrahlıq klinikası"nın direktoru Rahim Əliyev vaxtilə Səhiyyə Nazirinin müavini olub. Görünür, onun Analitik Ekspertiza Mərkəziylə "isti münasibətləri" hələ də davam edir.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3074 Tarix: 30 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı
"Məktəblərdə dərs saatlarının dəyişdirilməsi çox mürəkkəb prosesdir". Qaynarinfo xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bunu valideynlərin uşaqlarını məktəbə qoyub işə getməsi ilə əlaqələndirib. O əlavə edib ki, dərs saatlarını
14 sentyabrAzərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"
14 sentyabrAzərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc
13 sentyabr"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"
"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"
14 sentyabr"Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət
Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə
14 sentyabrUşağın ayağı evdə velosipeddə qaldı - FHN-i çağırdılar - Video
Sumqayıtda azyaşlının ayağı velosipedin pedalı ilə ramasının arasında sıxılıb qalıb. "Qafqazinfo"nun məlumatına görə, yaxınları uşağın ayağını çıxara bilmədikləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə müraciət ediblər. Nazirliyin Sumqayıt Regional Mərkəzini
14 sentyabrFuad Əliyevə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat
14 sentyabrÖtən həftə 1348,9 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm
14 sentyabrProqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
Xəzər TV yeni mövsümə start verib. Axşam.az xəbər verir ki, kanal ötən mövsümdə tamaşaçıların marağına səbəb olan "Xəbər ertəsi", "Qonaqcanlı", "Evdəkilərə salam", "Xəzər axşamı" və "Təsir dairəsi" proqramlarının yeni mövsümdə də yayımlanacağını açıqlayıb
14 sentyabr