"Bəli, Elvində aqressivlik, cığallıq var" - Qurbanov da danışdı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunçusu Elvin Cəfərquliyevin intizamsız davranışlarından danışıb.
"Qafqazinfo" xəbər verir ki, təcrübəli mütəxəssis müdafiəçinin daha doğru davranmalı olduğunu bildirib:
"Futbolçularımın intizamsızlığı, onlar haqda fikirlər bildirilməsi ən xoşlamadığım mövzudur. Mənim üçün xoş deyil. Futbol aqressiv oyundur. Bəzən düşünmədiyin epizodlar, nəticələr olanda, xoşagəlməz hallar baş verir. Futbolçularıma dəfələrlə bildirmişəm və ən çox tələbim də budur ki, nə olursa-olsun, futbolçu özünü intizamlı aparmağı bacarmalıdır. Buna da məcburdurlar.
Çünki futbol kollektiv oyundur. Bir yola çıxmışıqsa, sona qədər birlikdə qalmalıyıq. Bəzən düşünmədiyin, olmayan qırmızı vərəqə göstəriləndə, futbolçu özünü idarə edə bilmir. Bəli, Elvində aqressivlik, cığallıq var. Belə epizodlar, hallar qarşıdakı 3-4 ildə özünü yığışdırmağa kömək olur, faydası görünür. Elvin "Qarabağ"da da, millidə də özünü daha diqqətli aparmalıdır. İstər-istəməz o yaş dövründə, hardasa yolunu azmaq olur. Çalışacağıq ki, bir daha belə hallar olmasın. Nərimana gəldikdə, yazırlar ki, hansısa jurnalistlə diskussiyası düzgün alınmayıb. Nəriman elə uşaqdır ki, ondan kəlbətinlə söz çıxarmaq olur. Əgər o da belə hərəkət edibsə, demək ki, böyük səhv edib.
Detalları bilmirəm, necə olub. Bəzən elə olub ki, baxmışam, amma görməmişəm və ona diqqət ayırmamışam. Sonda belə xəbər gəlib çıxıb ki, "Qurban müəllim diqqət ayırmadı". Belə hallar olur. Amma bu o demək deyil ki, kiməsə diqqətsizlik və hörmətsizlik etmişik. Futbolçuların hamısı səhv edə bilər. Sadəcə təkrarlamamaq lazımdır. Əgər belə səhvlər olubsa, bir daha eləməzlər".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1005 Tarix: 30 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anar Hacıyev "Qarabağ"dan getdi
"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd
12 oktyabrMessi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabrCanni İnfantino Bakıda - Video
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə
24 oktyabrAzərbaycan Basketbol Liqasında IV tur başlayır
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək. Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xall
23 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabr"Sabah" - "Barselona" matçının biletləri satışda
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d
19 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabr