Azərbaycanda "Prius"ları əvəzləyəcək maşın modeli məlum oldu - VİDEO

Azərbaycanda "Prius"ları əvəzləyəcək maşın modeli məlum oldu - VİDEOBir neçə gün əvvəl Nazirlər Kabinetinin taksilər barədə məlum qərarından sonra kütləvi surətdə satışa çıxarılan "Prius"ları əvəzləyəcək maşın modeli məlum olub.

Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, bir neçə gündür maşın alqı-satqısı üzrə ixtisaslaşmış saytlarda istehsal ili 2016-cı ilə qədər olan "Prius"ların satış elanları çoxalıb. Taksi xidməti göstərən maşınların dəyər-dəyməzə satılması fonunda digər bir modelin sifarişləri isə elə həmin saytlarda artıb. Söhbət "Toyota Corolla Fielder" modelindən gedir.

Hibrid mühərriklə təchiz olunmuş "Fielder"ə hazırda Bakının küçələrində rast gəlmək mümkündür. Ehtimal edilir ki, istehsal tarixi "Prius"la müqayisədə daha təzə olan "Fielder"lərin tezliklə ölkəyə kütləvi axını gözlənilir. Çünki xaricdən maşın gətirən şirkətlərin nümayəndələri və fiziki şəxslər məhz "Fielder"lərin sifarişlərinin kəskin artdığını bildiriblər.

Qeyd edək ki, yeni qərara əsasən, bu il iyulun 1-dən etibarən istehsal ili 8 ildən çox olan avtomobillər taksi xidməti göstərə bilməyəcəklər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2271   Tarix: 30 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nizami Kino Mərkəzinin divarlarına belə ziyan vurdular - Anbaan video

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adı ilə cızma-qara edərək tarixi binanın görünüşünə xələl gətirən şəxslərin törətdiyi vandalizm aktının anbaan görüntüləri əldə olunub. -a istinadən həmin görüntüləri təqdim edir:

3 aprel
.

Bakıda yeni "moll" tikilir

Azərbaycanda yeni "moll" tikintisinə start verilib. Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Əhmədli qəsəbəsində yerləşən "Bravo" hipermarketi ərazisində inşa olunması planlaşdırılan yeni ticarət mərkəzi ilə bağlı ilkin hazırlıq işlərinə artıq başlanılıb. İddialara əsasən, sözügedə

4 aprel
.

Baş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı əsasında müşavirə keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, müşavirədə martın 26-28-də respublikanı

4 aprel
.

Kiberhücumlara qarşı müdafiə gücləndirilir: Azərbaycanda yeni Koordinasiya Mərkəzi yaradılacaq

Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya məkanında yeni risklər yaradıb. Xüsusilə dipfeyk videolar və saxta xəbərlərin yayılması həm ictimai rəyə, həm də dövlətlərin informasiya təhlükəsizliyinə təsir göstərir. Bu səbəbdən bir çox ölkələr kiberhücumlara qarşı rəqəmsa

5 aprel
.

Bu ərazilərdə mənzillər BAHALAŞIR

Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir. Aidiyyəti qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir. Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərind

4 aprel
.

Bu pullar sabahdan kartınızdan SİLİNƏCƏK

Oktyabr-aprel ayları aralığında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı il tarixindən etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaqdır

5 aprel
.

Bakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU - FOTO

Bakıda qızıl satışı adı ilə 317 minlik dələduzluq edənlə bağlı yeni fakt məlum olub. -a istinadən xəbər verir ki, saxlanılan iki nəfərdən biri - Rüfət Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir. 13:38. Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən ik

4 aprel
.

Xınalıq və Şahdağa qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır. Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şahbuz, Ordubad, Ağstafa

4 aprel
.

Azərbaycanda güclü yağışlar gözlənilir - Nazirlikdən əhaliyə müraciət

Bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi

4 aprel