Qərbi Azərbaycan Xronikası: Erməni generalının özbaşınalığına verilən cəza

Qərbi Azərbaycan Xronikası: Erməni generalının özbaşınalığına verilən cəzaQərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, "Məşədi İsa Göyçə əhalisini belə qorudu" adlı buraxılışda Göyçə mahalının, Basarkeçər rayonunun Qaraiman kəndinin etno-mədəniyyəti, tarixi, adət-ənənələri, irsi, mətbəxi, xalq yaradıcılığı və toponimləri araşdırılıb.

Bildirilib ki, Basarkeçər rayon mərkəzindən 14 kilometr şimal tərəfdə yerləşən kənd ərazisində çox mənzərəli və gəzməli yurd yerləri var.

Onlardan kəndin Kilsəlidərə deyilən alban kilsəsini və həmin ərazinin yaxında tarixi III–V əsrlərə təsadüf edən, üzərində qrabar əlifbası ilə yazı olan xaç daşları tarixi abidələr, Gödək Vəli sərnəsindəki "Ocaq təpəsi" adlanan müqəddəs piri göstərmək olar.

Qeyd olunur ki, kəndin yaranma tarixi XIV əsrin axırları (1387–1388) XV əsrin əvvəlinə (1410) təsadüf edir. Qaraiman kəndinin əsası Qazaxdan Göyçə mahalına gələn dörd qardaşlardan biri olan Qara İman tərəfindən salınıb. Qaraiman kəndinin adı yarandığı ilk gündən yəni XIII əsrin başlanğıcından (1210) 1988-ci ilin dekabrına qədər üç dəfə dəyişdirilib.

Diqqətə çatdırılır ki, kəndin adı sovet dövründə Sovetkənd şəklində dəyişdirilib. Bu adın qoyulmasının səbəbi sovet hakimiyyətinin apardığı sovetləşdirmə, habelə antitürk siyasəti idi. 1991-ci ildə kəndin adı yenidən dəyişdirilib Kaxakn qoyulub.

Süjetdə Qaraiman kəndinin qəhrəmanlıq tarixindən söz açılır, erməni generalının özbaşınalığına necə son qoyulmasına və öldürülməsinə, xalq qəhrəmanı Məşədi İsanın Göyçə əhalisini necə qorumasından, erməni generalını məhv etməsindən, bu kənddə böyük Oğuz qəbirlərinin tarixinə aydınlıq gətirilir.

Həmçinin Qaraiman kəndində Oğuz məzarlığını və Qıpçaq kilsəsini ermənilərin necə dağıtmasından, keçmiş deputatın Göyçə tələbi ilə Moskvaya getməsindən, rəsmi Moskvadan Göyçə tələbinə verilən ilginc cavabdan, eləcə də kənd sakinlərin xəngəl və əriştəni necə hazırlamasından bəhs olunur.

Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 30-da saat 19:30-da Baku Tv-nin efirində, saat 21:30-da Youtube kanalında yayımlanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1152   Tarix: 31 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr