"Ermənistanın sərhədə qoşun yığması bəzi qərb dövlətlərin regionda vəziyyəti yenidən gərginləşdirmək cəhdidir" - DEPUTAT
Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb. Bu barədə Ermənistandakı mənbələrə istinadən sosial şəbəkələrdə məlumat yayılıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün Ermənistan müxtəlif yollarla sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışır:
"Ümumiyyətlə son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin fəallaşması müşahidə olunur. Bununla yanaşı həm də təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatlar da yayılır. Dəfələrlə Azərbaycan Ermənistana xəbərdarlıq edib ki, hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı ordumuz tərəfindən qətiyyətlə alınacaqdır.
Ermənistanın Azərbaycanla sərhədə qoşun yığması bəzi qərb dövlətlərin Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə cəhddir. Artır bir müddətdir ki, şərti sərhəddə atəşkəs demək olar pozulmur. Regionda vəziyyətin sabitləşməsi bəzi qüvvələri narahat edir. Bu gün regiona müdaxilə edən kənar qüvvələr yenidən iki ölkə arasında qarşıdurmaların başlaması üçün tətikləyici addımlar atırlar. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi bu kimi oyunlara getməsin və ilkin olaraq xalqın müqədaratını düşünsün".
Deputat qeyd edib ki, Ermənistan rəhbərliyi ağlını başına yığmasa nəticəsi ağır olacaq:
"Əgər Ermənistan yenidən sərhəddə hər hansı hərbi təxribata yol verərsə ordumuz tərəfindən cavabı ağır veriləcək. Ermənistan hər hansı təxribat törətməzdən əvvəl yaxşı olardı ki, 44 günlük Vətən müharibəsindəki və antiterror əməliyyatları zamanı biabırçı məğlubiyyətini yaddına salsın. Qaldı ki, Azərbaycan-Ermənistan müharibəsinin yenidən başlanmasına bu barədə hər hansı fikir səsləndirmək çətindir. Çünki bu gün Ermənistan rəhbərliyi regionda vəziyyəti yenidən gərginləşdirmək istəyən bəzi qərb dövlətlərin əlində oyunacağa çevrilib. Ermənistan tərəfindən yenidən hər hansı bir təxribat olarsa Azərbaycanın Müzəffər Ordusu tərəfindən cavabı ağır veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?