Sumqayıtda qızını suda boğaraq öldürən atanı HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Dəniz sahilində meyiti tapılan uşağın qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində saxlanılıb.
Bu zaman istintaq nəticəsində, sözügedən şübhəli şəxsi hansı cəza gözləyir? Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev Sonxeber.az-a açıqlama verib:
"Əgər şəxsin qəsdən öldürülməsi müəyyən edilərsə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi açılacaq. Cinayət işi zamanı istintaq sübuta yetirsə ki, bu adam köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürübsə, belə olan halda müvafiq işlər görüləcək. Bununla da Cinayət Məcəlləsinin 120.2-ci maddənin müvafiq bəndləri tamamlanıb cinayət işi məhkəməyə göndərilə bilər. Belə olan halda şəxsi 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası verilə bilər".
Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2512 Tarix: 01 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur" - Emin Əmrullayev
"Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransınd
14 sentyabrAzərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri
13 sentyabrÇarpayıdan yıxılan 83 yaşlı kişi öldü
Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib. 1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Xəzə
14 sentyabrFuad Əliyevə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat
14 sentyabrKörpəsini xəstəxananın həyətində dünyaya gətirdi
Bərdədə hamilə qadın xəstəxananın həyətində körpə dünyaya gətirib. xəbər verir ki, bu barədə məlumatı TƏBİB yayıb. Bildirilib ki, avqustun 10-u səhər saat 10:40 radələrində 35 həftəlik hamilə qadın Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb
14 sentyabrBeş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
Zərdabda altı gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova dünyasını dəyişib. -ın məlumatına görə, o, müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışara
14 sentyabr