Azərbaycanda məktəblərdə qəbul imtahanları və ev tapşırıqları ləğv edilir? - AÇIQLAMA

Azərbaycanda məktəblərdə qəbul imtahanları və ev tapşırıqları ləğv edilir? - AÇIQLAMAPrezident Vladimir Putin hökumətə rus məktəblərində imtahanların sayını və şagirdlərin ev tapşırıqlarına sərf etdikləri vaxtın azaldılmasını təmin etməyi tapşırıb. Hökumət "ümumtəhsil proqramları üzrə şagirdlərin ahəngdar, balanslaşdırılmış və səmərəli təhsil və tədris (sinif və məktəbdənkənar) yükü" yaratmaq üçün tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etməlidir. Bəs sözügedən qaydalar Azərbaycan m\əktəblərinə tətbiq edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycanın istər ali təhsil müəssisələri bakalavr və magistr, o cümlədən orta ixtisas təhsili müəssisələrində keçirilən qəbul imtahanları dünyada ən çətin imtahan hesab oluna bilər:

"İmtahanın çətinliyi və elan olunması üçün qoyulan müddət ən uzun imtahanı müddəti hesab olunur. Yəni ən az 1 ay sonra imtahan nəticələri elan olunur. Bu ciddi şəkildə imtahan iştirakçılarında əlavə stress yaradır. Həmçinin 16-17 yaşlı uşaqlar üç saat ərzində üç müxtəlif fənndən ağır test tapşırıqlarına cavab verirlər. Bu da kifayət qədər uşaqların əlavə psixoloji sarsıntı keçirmələrinə gətirib çıxarır. Hesab edirəm ki, Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları mütləq şəkildə şaxələndirilməlidir. Bu həm uşaqların əlavə stress yaşamasının qarşısını alır və ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin valideynlərinin xərclərini azaldır. Buna görə də imtahanlar azalmalı və sadələşdirilməlidir. Orta ümumtəhsil məktəblərində keçilən KSQ və BSQ-lərin sayı kifayət qədər çoxdur. Dörd həftədən şagirdlər bütün fənlər üzrə KSQ və səkkiz həftədən bir BSQ imtahanlarına cəlb olunurlar. Bu da onların əlavə imtahan stresi yaşamasına gətirib çıxarır".

Ekspertin sözlərinə görə, şagirdlər bütün təhsilləri boyu müxtəlif növ qiymətləndirmə imtahanlarına cəlb olunur. Bu imtahanlar çox çətin və qəlizdir. Bu gün Azərbaycan şagirdi ancaq imtahanlara hazırlaşır. Şagirdlər vaxtlarını səmərəli keçirmir. İdmana getmir, kitab oxumur. Çünki bunları həyata keçirmək vaxt imkanları olmur. Bu ciddi problemdir:

"Azərbaycanda ev tapşırığı məsələsi mövcud qaydalarda yoxdur. Belə ki, 2008-ci ildə tətbiq edilən kurikulum standartlarına görə təhsilde ev tapşırıqları olmamalıdır. Amma müəllimlər şagirdlərin fənləri mənimsəməsi üçün bu üsuldan istifadə edirlər. Bir neçə köməkçi test vəsaitindən, iş dəftərlərindən istifadə edərək uşaqlara ev tapşırıqları verirlər. Ümumiyyətlə Azərbaycan məktəblisi ciddi şəkildə informasiya yükünün altındadır. Düzdür şagirdin oxumağı problem deyil. Amma hədsiz dərəcədə dərslərlə məşğul olması yaxşı nəticə əldə etməyə imkan vermir. Onlar bədii kitab oxumurlar, teatra getmirlər. Bu ciddi problemdir. Bizim tədrisin məzmun standartlarında yumşalmalar olmalıdır. Bu şagirdlərin fiziki və zehni inkişafına müsbət təsir göstərəcəkdir. Birmənalı şəkildə ev tapşırığı məsələsini dərsliklərlə əlaqələndiririk. Dərsliklər sadələşdirilməlidir. Onların informasiya yükü hədsiz çoxdur. Dərsliklər sadələşdikdən sonra, ev tapşırıqları məsələsi öz müsbət həllini tapacaqdır. Bu gün Azərbaycan şagirdinə bu dərsliklərlə təkcə attestat verməməlik. Bu vəsaitlərlə orta məktəbi başa vurmuş şagirdlərə elmi dərəcə belə vermək olar".

Xatırladaq ki, Rusiyada ev tapşırıqlarına, eləcə də onların bilik səviyyəsinin qiymətləndirilməsi üzrə fəaliyyətlərə sərf olunan vaxtın azaldılması yolu ilə şagirdlərin dərs yükünün dəyişdirilməsi təklif edilir. Hesabat dekabrın 1-dək prezidentə təqdim edilməlidir, baş nazir Mixail Mişustin məsul təyin edilib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1233   Tarix: 02 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr