"Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm, müavinləri məni ələ salaraq göndərirlər" – Qazi

"Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm, müavinləri məni ələ salaraq göndərirlər" – QaziAbşeron rayon sakini, Vətən müharibəsi qazisi İlqar Cahangirov Abşeron Rayon İcra Hakimiyyəti vəzifəlilərinin onu qəbul etmədiklərini bildirir.

Yeniavaz.com-a müraciət edən İ. Cahangirov deyir ki, qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov onun zənglərinə cavab vermir:

"Dəfələrlə müraciət etsəm də, dəfələrlə zəng etsəm də bu günə qədər nə məni qəbul edib nə də müraciətlərimə cavab verib. Cənab Prezident deyir ki, məmurlar xalqın xidmətçisidir, lakin Abdin Fərzəliyev və Kərim Kərimov kimi məmurlar özünü Abşeron rayonunun ağası, xanı kimi aparırlar".
Vətən müharibəsi qazisi iddia edir ki, Kərim Kərimov ona rüşvət təklif edib:
"Bildirib ki, bunu Abdin müəllim göndərib. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu cür paketlərlə kimlərisə ələ alır və həmin paket alan qazilər də həmişə onu müdafiə edir".

İ. Cahangirov deyir ki, Abdin Fərzəliyevin müavini Gülnar Rəhimovanın 29 sentyabr 2023-cü il tarixində ona göndərdiyi məktubu 4 ay sonra ala bilib:
"Həmin məktubda qeyd edilir ki, həm səyyar, həm də həftə içi qəbullar olur. 2023-cü ilin mart ayından aprel ayının 7-nə qədər mən Abdin Fərzəliyevin qəbuluna düşə bilməmişəm və hər dəfə onun müavinləri məni ələ salaraq göndəriblər. Səyyar qəbula isə yalnız yerli icra nümayəndəsinin və bələdiyyənin əvvəlcədən çağırdığı şəxslər salınır".

Qazi Ombudsmanın Aparatına etdiyi müraciətlərin də cavabsız qaldığını deyir:

"Dəfələrlə müraciət edərək bildirmişəm ki, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyev sizə yalan məlumatlar verərək guya mənə çox sayda yardım edildiyini bildirir. Lakin həmin göstərilən yardımlardan yalnız ikisi mənə edilib. Belə ki, 800 manat pulu hesabımdan çıxarıb saxlamışam Abdin Fərzəliyevin özünə qaytarmaq üçün. Məni qəbul etmədiyi üçün mən həmin puldan imtina etsəm də, pulu mənim hesabıma köçürüblər. Sizdən xahiş edirəm ki, pulu məndən qəbul edib Abdin Fərzəliyevin özünə qaytarasınız. Səbəb isə odur ki, Abdin Fərzəliyev mənə edilən həmin iki yardımı əlində əsas tutub mənim heç bir müraciətimə baxmır. Belə məlum olur ki, Ombudsmanın Aparatı Abdin Fərzəliyevin təsiri altına düşüb və mənim bu günə qədər etdiyim müraciətləri obyektiv olaraq araşdırmır".

Məsələ ilə bağlı Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, İlqar Cahangirov rayon ərazisində keçirilən dövlət əhəmiyyətli tədbirlərə RİH başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər səlahiyyətli nümayəndələr ilə birlikdə dəvət olunub, bir neçə dəfə RİH-in inzibati binasında başçı və digər rəhbər şəxslər tərəfindən qəbul olunub:

"Rayonun digər qazilərinə olduğu kimi, İlqar Cahangirov da mütəmadi olaraq diqqət, qayğı ilə əhatə olunub, ona maddi, eləcə də digər yardımlar edilib. O, Abşeron RİH tərəfindən bayram günlərində bayram sovqatı ilə təmin edilib, məişət avadanlığı, təhsil haqqının ödənilməsi kimi yardımlar edilib. 17 avqust 2023-cü il tarixində RİH-in inzibati binasında növbəti dəfə qəbula dəvət edilib, lakin qeyri-müəyyən səbəblərə görə imtina edib və növbəti dəfə qəbula yazılmaq üçün müraciət etməyib. Növbəti qəbul üçün müraciət edəcəyi təqdirdə İ.Cahangirov bütün müharibə içştirakçıları kimi növbədənkənar qəbul olunacaq və qaldırdığı məsələyə baxılıb qanunvericiliyə uyğun olaraq lazimi tədbirlər görüləcək".
Ombudsman Aparatına ünvanladığımız sorğu bu günə qədər cavablandırılmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1246   Tarix: 02 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr