Azərbaycanda ölüm hökmü bərpa edilə bilər? -Açıqlama
Vaxtaşırı Azərbaycanda ölüm hökmünün yenidən bərpa olunması haqqında fikirlər səslənir. Azərbaycanda ölüm hökmünün bərpası mümkündürmü? Bu cəza tətbiq ediləcəyi təqdirdə cinayətlərin qarşısı alına bilərmi?
Məsələ ilə bağlı hüquqşünas Sahib Məmmədov Sonxeber.az açıqlama verib.
O bildirib ki, Azərbaycanda ölüm hökmünün bərpası zərurəti yoxdur:
"Cinayət törətmiş şəxslərə cəza kimi ölüm cəzasının tətbiqi Azərbaycanda gözlənilmir. Buna zərurətdə görünmür. 1998- ildən isə ölüm hökmünün ləğvini beynəlxalq öhdəlik kimi öz üzərimizə götürmüşük. Bunu Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil etmişik. Eyni zamanda BMT Mülki və Siyasi Hüquqlar Beynəlxalq Paktının ikinci protokoluna və Avropa Şurasının İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında konvensiyasına qoşulmuşuq.
Bizdə ölüm hökmü ləğv olunub. Bununla bağlı dövlətimizin öhdəlikləri var. O ki, qaldı onun zəruriliyinə, ölüm hökmü hazırda dünyanın 105 ölkəsində tətbiq edilir. Amma müəyyən ölkələrdə buna məhduyyət qoyulub. Yəni yalnız şəxsiyyət əleyhinə yönələn cinayətlərə görə, terror, xüsusi ağır nəticələrə gətirən cinayətlər üçün ölüm hökmü tətbiq olunur. Elə ölkələr də var ki, bir çox əməllərə görə bu hökmü tətbiq edirlər. Amma ölüm hökmü üçün bir çox əməllər var ki, onunnüçün adekvat cavab sayıla bilər.
Dünyada ölüm hökmünü adekvat cavab olmadığına və ya qeyri-humanist cəza olduğuna görə ləğv etməyiblər. Ölüm elə bir cəza növüdür ki, sonradan şəxsin günahsızlığı müəyyən olunsa belə onun hüquqlarını müdafiə etmək mümkün olmur.
ABŞ-də bir şəxs 26 il həbs cəzası çəkdikdən sonra məlum olub ki, onun heç bir günahı yoxdur . Həmin şəxsə daha sonrada bəraət verilib və kompensasiya ödənilib. Belə hallar ilə tez tez qarşılaşılır.
Bəzən ölüm cəzası tətbiq olunur, amma bir müddətdən sonra məlum olur ki, həmin şəxs ya günahsız idi, ya da günahı o qədər yüksək deyildi. Bu halda həmin şəxsin hüquqlarını artıq bərpa etmək mümükün olmur. Ölüm hökmü məhz bu səbəbdən tətbiq edilmir. Hesab edirəmm ki, Azərbaycanda ölüm hökmünün bərpası zərurəti yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?