Mədəniyyət Nazirliyi dəstək üçün "Baku Media Mərkəzi"nə 1,3 milyon ayırdı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi "Baku Media Mərkəzi" MMC (VÖEN – 1402552521) ilə 2 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə Kino Agentliyi "Baku Media Mərkəzi" MMC tərəfindən çəkilən "Ölüm axtaran qadın" tammetrajlı sənədli filmi üçün 285 min manat, "Borc" tammetrajlı bədii filmi üçün isə 1 milyon manat vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Onu da qeyd edək ki, Kino Agentliyi maliyyə vəsaitini ötən il keçirdiyi film layihələri müsabiqəsinə əsasən ayırıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsidir.
Müsabiqənin nəticəsinə görə Kino Agentliyi ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsini maliyyələşdircək. Bu layihələrindən 2-si "Bakı Media Mərkəzi" MMC-yə məxsus olub.
Məlumat üçün onu da bildirək ki, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında "Bakı Media Mərkəzi" MMC barədə məlumatlar ictimaiyyət üçün açıq deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1128 Tarix: 02 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrƏhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabr