Qızını öldürən zaman psixoloji problemi olduğunu deyən ata AZADLIĞA BURAXILACAQ? - AÇIQLAMA

Qızını öldürən zaman psixoloji problemi olduğunu deyən ata AZADLIĞA BURAXILACAQ? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan saxlanılıb. Saxlanılan zaman Baku tv-nin əməkdaşının sualını cavablandıran Yeşil Ahmet Turan bildirib ki, hazırda onun psixoloji problemləri olduğunu deyib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs ifadəsində prsixoloji problemi olduğunu iddia edərsə, azadlığa buraxıla bilər?

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, bütün hallarda insanların cinayət törətməsi məsələsi, hadisələrin nəticələri qanunla tənzimlənir. Yəni hazırda qüvvədə olan cinayət qanunvericiliyinə görə, şəxsin cinayəti törətdiyi zaman anlaqlı olub-olmaması məsələsi gündəmə gəlir:

"Yəni o şəxs müxtəlif formalarda iddialar ortaya qoya bilər. Mən düşünürəm ki, şəxsin özünün verdiyi ifadəsinə görə, anlaqsız olubsa bu halda təcrübəyə əsaslanaraq demək olar ki, real görünmür. Anlaqsız olan şəxsin özünün anlaqsız olduğu barədə məlumat verməsi təcrübədə çox nadir hallarda görünür. Amma hər bir halda bir insanın özünün körpə uşağına qəsd etməsi məsələsi müəyyən mənada ciddi araşdırma tələb edən haldır. Yəni söhbət burada cinayətin araşdırılmasından getmir. Həm də eyni zamanda şəxsin özünün psixoloji durumu, cinayəti törədərkən anlaqlı olub-olmaması məsələsi araşdırma tələb edir. Hər bir halda bu vəziyyətlərdə şəxsin anlaqlı olması məsələsi yoxlanılır. Azərbaycan qanunvericiliyinə görə, həmin şəxsin törətdiyi cinayəti həyata keçirərkən psixoloji vəziyyəti tibbi ekspertiza nəticəsində müəyyən ediləcək. Tibbi ekspertizanın yekun rəyinə görə, körpəsini öldürən şəxsin həmin cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən ediləcəksə burada bir sıra məsələlər araşdırılacaq".

Hüquqşünas deyib ki, həmin şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq ediləcək. Ümumiyyətlə Azərbaycan qanunvericiliyinə görə, cinayət hüququ xarakterli tədbirlərindən biri də tibbi xarakterli məcburi tədbirlərdir. Onların özünün də müvafiq növləri var:

"Bu tədbirlərin həyata keçirilməsində məqsəd odur ki, həm şəxsin anlaqsız vəziyyətdən çıxması və məcburi şəkildə müalicə olunması məqsədi daşıyır. Həmin şəxsin növbəti cinayətləri törətməsinin qarşısının alınması və cəmiyyətdən təcrid olunması məqsədi daşıyır. Əgər bu şəxs anlaqsız olsa belə, bu o demək deyil ki, ona cəza verilə bilməz. Qanun və onun normaları işləyir. Sadə məntiqlə yanaşsaq, o şəxs azadlıqda qalacaqsa, növbəti mərhələdə digər şəxslərin həyatına qəsd edə bilər. Bu halda dövlət sözügedən şəxsi cəmiyyətdən təcrid edir. Həmin şəxsin müalicə olunması ilə anlaqsız vəziyyətdən normala qayıtması ilə bağlı işlər görülür. Bu məsələ sözügedən şəxs sağalana qədər davam edəcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 873   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr