"Mina terroru mülki soydaşlarımıza qarşı yönəlmiş erməni vəhşiliyidir" - DEPUTAT
"Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, son iki gündə mina terroru nəticəsində dörd nəfər mülki vətəndaşımız yaralanıb:
"Ümumilikdə isə 44 günlük Vətən müharibəsindən bu günədək 350 soydaşımız minadan zərər çəkib. Müharibə bitsə də Ermənistan ölkəmizə qarşı apardığı mina terroru davam edir və işğal dövründə torpaqlarımızda basdırdıqları minalar insanların sağlamlığına təhlükə yaradır. Təəssüf ki, 30 il ərzində olduğu kimi bu gün də Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalır və dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərilmir. Mina terroru ilə mülki soydaşlarımıza qarşı yönəlmiş erməni vəhşiliyidir".
Deputat vurğulayıb ki, son günlər işğaldan azad olunmuş ərazilərdə mülki şəxslərin və xidməti vəzifələrini yerinə yetirən şəxslərin mina qurbanına çevrilməsi Ermənistanın terrorçu ölke olduğunu bir daha sübut edir:
"Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Ermənilərin xalqımıza qarşı törətdiyi hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Ermənistan minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən imtina edir. Onun ölkəmizə verdiyi xəritələrin dəqiqliyi isə cəmi 25 faizdir. Erməni hökumətinin minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən imtina etməsi bir daha terrorizmin Ermənistanda dövlət səviyyəsində dəstəkləndiyini sübut edir.
Bu gün Azərbaycan bütün gücü ilə bölgədə sülhə və təhlükəsizliyə nail olmağa çalışır. Dəfələrlə Azərbaycan Ermənistana sülh əlini uzadıb. Amma Ermənistan məkrli niyyətindən əl çəkmək istəmir. Müxtəlif yollarla regionda vəziyyəti gərginləşdirməyə çalışır. Ermənistan rəhbərliyi bilməlidir ki, dinc əhaliyə qarşı törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1032 Tarix: 03 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrƏhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabr