Aprelin 5-dən sonra Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatlar başlaya bilərmi? - AÇIQLAMA

Aprelin 5-dən sonra Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatlar başlaya bilərmi? - AÇIQLAMABildiyimiz kimi, Ermənistanın şərti sərhəddə zirehli texnikaların yerləşdirilməsi və yerdəyişməsi, o cümlədən qoşunların cəmlənməsi davam edir. 5 apreldə isə Aİ-ABŞ-Ermənistan arasında müştərək konfransının baş tutması gözlənilir. Aprelin 5-dən sonra Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatlar başlaya bilərmi?

Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlamasında bildirib ki, son zamanlar Ermənistan ilə şərti sərhəddə hərbi texnikanın hərəkət kolonlarının videoları yayımlandı. Ermənistan tərəfi bu videoların təlim məqsədilə həyata keçirildiyini açıqladı. Xüsusilə onlar bunları hərbi sürücülərin məşqləri kimi servis etdilər:

"Düşünürəm ki, Ermənistanın bu yanaşma reallıqdan və həqiqətdən çox uzaqdır. Videolardakı yerdəyişmədə hərbi zirehli texnikanın tərkibinə baxsaq bunlar hücumlar silahlarının yerdəyişməsidir. Xüsusən piyada döyüş maşınlarının şərti sərhəddə yönlənməsi, artilleriya bölmələrin hərəkəti adətən hər hansı bir hücum əməliyyatı başlayan zaman olur. Belə ki, hücum əməliyyatları piyada döyüş maşınları ilə başlayır, artilleriya isə onları dəstəkləyir. Ermənistan bu məsələni sürücülərin təlimi ilə bağladıqda artıq həqiqəti gizlətmək mənasına gəlir. Həqiqətən belə olsaydı, onların təlimini poliqonlarda keçirmək çox asan bir məsələdir. Bunu bəs niyə şərti sərhəddə edirlər? Bu təzadlı açıqlama bir sıra ehtimallar yaradır".

Ekspertin sözlərinə görə, Ermənistan gizli bir fəaliyyət icra edir. O fəaliyyətində zamanlaması və tərkibinə baxdıqda Ermənistanın tam olaraq 5 aprel öncəsi bir gərginlik yaratmaqda maraqlıdır. Maraqlı olmasının səbəbləri var. Elxan Şıxəliyevin fikrincə, bu mərhələdə ABŞ və Qərbin böyük bir planının işə düşəcə bilər:

"NATO-nun şərq doğru genişlənməsi Ermənistan coğrafiyasınıda içərisinə ala bilər. Gələcəkdə Cənubi Qafqaz və Rusiyaya qarşı ikinci cəbhənin açılması ilə münaqişənin yaradılmasını modelləşdirəcəklər. Ermənistan siyasi-hərbi rəhbərliyi Azərbaycanı təhdid kimi göstərsələr də, bütün zamanlarda həmişə Ermənistan tərəfi təhriklər edirdi. Bundan sonra isə prosesdə Azərbaycan günahlandırılir. 5 aprelə qədər gərginlik pik həddə çatacaq. Ermənistan Qazax və cənubda Kərki istiqamətində münaqişəyə təhrik edəcəklər. Burada ikinci qüvvələrin, o cümlədən NATO qüvvələrinin gətirilməsi üzrə addımlar atacaqlar. Hərbi təhlükəsizlik məsələsi bu münaqişə baş verəndən sonra aktuallaşa bilər. Düşünürəm ki, mövcud vəziyyəti yaratmaq üçün tələsərək. Əks təqdirdə bu məsələ Ermənistanın istədiyi kimi öz həllini tapmaya bilər. Bu səbəbdən 5 aprel və sonrakı mərhələdə gərginliyin pik həddə çatacağını gözləməliyik".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2035   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr