Ermənistanın bitməyən terroru: "Sülh müqavilənin əsas şərtlərindən biri mina xəritələrinin verilməsi olmalıdır" - Ekspert
Mina terroru erməni terrorizminin əsas göstəricilərindən biridir. Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların həyatına təhlükə yaratmaqda davam edir. Ötən gün Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan Arzuman Tağızadə və iki ayağı amputasiya edilən Elmir Bağırovun vəziyyəti ağırdır. Sözügedən ərazidə minaya düşərək xəsarət alan Polad İsmayılov isə Tərtər Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti qənaətbəxşdir. Azərbaycanda Ermənistanın mina terroru qurbanlarının sayı 350-yə çatıb. Mina terroru davam edənə qədər iki ölkə arasında sülh imzalana bilərmi?
Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Sonxeber.az-a açıqlama verib.
Hərbi ekspert Sülh müqavilənin əsas şərtlərindən birinin Ermənistanın ərazimizdə yerləşdirdiyi minaların xəritəsini verməsi olduğunu vurğulayıb:
" Bu gün Ermənistan qoşunları, qeyri-qanunu dəstələri bizim ərazimizdə yoxdur. Amma onların "əl işləri" olan minalar ərazilərimizdə qalmaqda davam edir. Ermənistan ərazimizdə minlərlə mina basdırıblar. Prezidentin dediyinə görə, bu minaların sayı milyondan çoxdur. ANAMA hər gün bu minaları təmizləməklə məşğuldur. Nəinki, kənar şəxslər, ev heyvanları, hətta mina təmizləyən şəxslər belə bu terrorunun qurbanı olur.
Hər bir müharibin sonu sülh müqaviləsi ilə danışıq masasının arxasında bitir. Bu müharinənin sonu olmalıdır. Mütləq şəkildə iki ölkə arasında sərhədlər müəyyənləşib Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Müqavilənin əsas şərtlərindən biri Ermənistanın ərazimizdə yerləşdirdiyi minaların xəritəsini verməsi olmalıdır. Biz minaların dəqiq yerlərini müəyyən etdikdən sonra ərazilərin təmizlənməsi prosesi daha tez yekunlaşacaq. Ermənistanda mina xərtilərinin olmaması inandırıcı deyil. Çünki, Azərbaycan tərəfi mina təmizlə işləri apardıqdan sonra, həmin ərazidə nə qədər mina qaldığını Ermənistan mediası yazır. Əgər iki ölkə müharibəni davam etdirsə, gələcək nəsillər də bu müharibənin içində olacaq. Müharibə isə təbii ki, hər bir dövləti inkişafdan saxlayır. İnsanların ölməsinə səbəb olur"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır