"Nikol Paşinyan Ermənistanı tam şəkildə qərbin sərəncamına vermək istəyir" - DEPUTAT

"Nikol Paşinyan Ermənistanı tam şəkildə qərbin sərəncamına vermək istəyir" - DEPUTAT"Sabah Brüsseldə keçiriləcək ABŞ-Aİ-Ermənistan görüşü Azərbaycana qarşı yönəlmiş növbəti təxribatdır".

Bunu Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, bu gün Fransa Ermənistanı yeni müharibəyə hazırlayaraq regionda mövcud sülh prosesinə əngəl olmağa çalışır:

"Blinkenin cənab prezident İlham Əliyevə zəng etməsi dövlət başçımızın qlobal müstəvidə yüksək nüfuza malik olduğunu bir daha sübut edir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına yerinə yetirərək ərazi bütövlüyünu təkbaşına bərpa edən güclü dövlətdir. Bu gün Ermənistan sülh müqaviləsindən imtina etmək və Rusiyadan qurtulmaq üçün Avropanın, ABŞ-ın həqiqi dəstəyini qazanmağa çalışır. Yaxşı olar ki, Ermənistan Ukrayna məsələsini unutmasın. Çünki sözdə dəstək vəd edən qərb Ukrayna kimi Ermənistanı da yarı yolda buraxacağı məlumdur".

Deputat vurğulayıb ki, bu gün Nikol Paşinyan Ermənistanı tam şəkildə qərbin sərəncamına vermək istəyir:

"Bu gün Ermənistan Fransa və qərbin hərbi platsdarmına çevrilir. Hazırda Cənubi Qafqaz üzərində cərəyan edən geosiyasi oyunları III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsi kimi də dəyərləndirmək olar. 30 il ərzində davam edən status-kvo Azərbaycan və qardaş Türkiyədən başqa heç bir ölkəni narahat etmirdi. Əlbəttə də bu Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış oyun idi. 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərlə Ali Baş Komandan İlham Əliyev bu ssenarini darmadağın etdi. Hazırda regionda yeni reallıq və status-kvo hökm sürür. Ermənistan və havadarları regiondakı yeni reallıqla barışmalı və tezliklə sülh müqaviləsini imzalamalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 711   Tarix: 04 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr