Hərbi əməliyyatlar başlayarsa, Rusiya Azərbaycanı DƏSTƏKLƏYƏCƏK? - AÇIQLAMA

Hərbi əməliyyatlar başlayarsa, Rusiya Azərbaycanı DƏSTƏKLƏYƏCƏK? - AÇIQLAMABu gün baş tutması gözlənilən 5 aprel görüşü Cənubi Qafqazda yeni cəbhənin açılmasına və regionda gərginliyin artırılmasına yönəlmiş bir addımdır. Qərb hər nə qədər bu görüşü təhlükəsizlik xaricində, iqtisadi bir görüş olaraq qiymətləndirsə də, bu yanaşmanın belə olmadığını bilirik. Məlum olduğu kimi, Ermənistanın Qazaxdan tutmuş, Naxçıvana qədər sərhəd olan ərazilərə hərbi texnikanı yerləşdirməsi və istehkamları yaratması yeni toqquşmaların baş verəcəyinin sübutudur. Burada əsas məsələ Naxçıvan və Kərki anklavıdır. Daha əvvəl bildirmişdik ki, Ermənistan tərəfindən Naxçıvanda təxribat törədilərsə, burada Türkiyə məsələyə daxil olacaq və Şuşa bəyənnaməsi işə düşəcək. Bu görüşün keçirilməsinə qarşı olan tərəflərdən biri də Rusiyadır. Daha əvvəl Rusiya və Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalandı. Sözügedən sənəd Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə müqayisə edilir. Burada maraqlı bir sual yaranır. Əgər regionda toqquşmalar baş verərsə, Rusiya Azərbaycanı dəstəkləyəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmmədli deyib ki, İlham Əliyev və Antoni Bilinkenin telefon danışığında prezident bildirmişdi ki, Ermənistanın təhlükəsizliyi məsələsi ilə bağlı Cənubi Qafqazda Gürcüstan və Azərbaycanı kənarda qoyub, Ermənistanı dəstəkləyəcəksə bu regionda gərginliyi artıracaq. Ekspert düşünür ki, sözügedən gərginlik artan xətlə davam edəcək:

"Burada toqquşmaların olma ehtimalı artıq yüksək görünür. Ermənistan tərəfi iddia edir ki, onlar öz ərazilərini qorumağa çalışır. Amma burada bir məsələ var ki, o texnikanın bölgəyə yığılması, müdafiə xəttinin qurulması məlum məsələdir ki, nə üçündür. Burada ola bilsin lokal döyüşlərin olma ehtimalı yüksəkdir. Burada digər bir məsələ isə Rusiya-Azərbaycan münasibətləridir. Təbii ki, Rusiya-Azərbaycan münasibətləri normal şəkildə irəliləyir. Bu barədə heç bir sıxıntı yoxdur. Digər tərəfdən, burada başqa bir nüans var. Əgər toqquşmalar baş verərsə, Rusiya Azərbaycanı təbii ki, dəstəkləyəcək. Amma bunun sahədə olacağını düşünmürəm. Rusiyanın qoşun yetirməsi, lokal toqquşmalarda iştirakı isə çətin məsələdir. Ola bilsin Rusiya Azərbaycanı fərqli formada- informasiya, kəşfiyyat məlumatları, siyasi baxımından dəstək ola bilər".

Ekspert bildirib ki, burada Türkiyə faktoru var. Çünki Kərki anklavı, Naxçıvan məsələsi dedikdə burada ilk ağla Türkiyə faktoru gəlir. Naxçıvan ilə bağlı Şuşa bəyannaməsinin ilk bəndində qeyd edilir ki, bəyannamə Qars müqaviləsinə sadiq qalaraq bağlanır:

"Qars müqaviləsi iki ölkə arasındakı hər şeydən önəmlidir. Bu o deməkdir ki, Naxçıvana Ermənistanın hər hansısa bir addımı Türkiyəni hərəkətə gətirəcək. Naxçıvan istiqamətində hərəkətliliyin artması onu deməyə əsas verir ki, bu prosesin arxasında dayanan böyük güclər Türkiyəni bu bataqlığa cəlb etmək istəyir. Toqquşmaları və gərginliyi daha artırmağa çalışırlar. Vəziyyət olduqca gərgindir və bugünkü görüşün nəticəsindən çox məsələ aydın olacaq. Əslində bu görüşün nəticəsinin olub-olmamasının artıq heç bir fərqi yoxdur. Bu məsələ ciddi problemlərə gətirib çıxaracaq və toqquşmaların nəticəsi olaraq sanksiyaların tətbiqi mümkün variantdır".

Xatırladaq ki, Rusiya və Azərbaycan arasında imzalanmış sənəddə qeyd edilir ki, ölkələr tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər. Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirir, hərbi qarşılıqlı əməkdaşlığı dərinləşdirəcəklər.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1513   Tarix: 05 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr