"İran çalşır ki, Ermənistan 4 kəndi Azərbaycana qaytarmasın və Zəngəzur dəhlizinin açılmasın" - AÇIQLAMA

"İran çalşır ki, Ermənistan 4 kəndi Azərbaycana qaytarmasın və Zəngəzur dəhlizinin açılmasın" - AÇIQLAMAİran hava yollarına məxsus "Boeing" yük təyyarəsi ilə Ermənistana davamlı olaraq silah daşınır.İrana məxsus "Boeing 747-21AC " yük təyyarələri ilə Ermənistana silah daşımalarına bu il martin 29-dan başlanılıb. "MaidenTower" bəhs olunan məlumatı təsdiqləyən hava marşrutunun uçuş xəritəsini də paylaşıb.

Bununla Bağlı Sonxeber.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan İranla sıx münasibətlər qurmağa və əməkdaşlıq etməyə çalışır:

"Əgər İran Ukraynanı vurmaq üçün Rusiyaya dronlar verirsə mümkündür ki, eyni silahları Ermənistana da göndərsin. İran bu silahları quru yolla və yaxud da təyyarələr vasitəsilə daşıya bilər. Maraqlıdır ki, İran ABŞ və Avropa dövlətlərini şeytan adlandırır, digər tərəfdən faktiki olaraq eyni mövqedən çıxış edərək Ermənistanı silahlandırır. Azərbaycan torpaqlarının işğalı dövründə də İran Ermənistanla sıx əməkdaşlıq edirdi. 30 il ərzində Qarabağ üstündən narkotik vasitələr daşınıb. Separatçıların İrandakı mərkəzlə əlaqələri vardı. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi sanki İrandakı bəzi mərkəzlərin maraqlarına cavab vermir. Günbəgün Azərbaycanın güclənməsi İranın maraqlarına ziddir. Bunun üçün də İran çalışır ki, Ermənistan Azərbaycanın qarşısında zəyif olmasın. Hətta Ermənistan 4 kəndi Azərbaycana qaytarmasın və Zəngəzur dəhlizi açılmasın. İran bu gün tək məqsədi budur. Bunun üçün də İran göndərdiyi silahlarla Ermənistanı gücləndirməyə çalışır. İranın bu məqsədi alınmayacaq. Çünki Azərbaycanın gücü və resursları böyükdür. Ermənistana nə qədər silah versələr də Azərbaycan ordusunun gücünə çata bilməyəcək. Hər halda İranın bu addımları Azərbaycanla münasibətlərin normallaşmasına əngəldir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1281   Tarix: 05 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr