Azərbaycanda ƏDV-nin geri qaytarılması LƏĞV EDİLİR? - AÇIQLAMA

Azərbaycanda ƏDV-nin geri qaytarılması LƏĞV EDİLİR? - AÇIQLAMABu gün müştərilər alış-verişə daha çox ƏDV-nin geri qaytarılmasına və keşbek faizlərinə görə üstünlük verirlər. Bəzi bankların keşbek faizləri azaldığqdan sonra, vətəndaşlar arasında ƏDV geri qaytarılmasının ləğv olunması ilə bağlı şayiələr yayılıb. Bəs Azərbycanda ƏDV geri qaytarılması ilə bağlı layihənin ləğvi gündəmə gələ bilər?

Mövzu ilə bağlı iqtsadçı Xalid Kərimli Sonxeber.az-a açıqlama verib:

"Azərbaycanda ƏDV-nin ləğv edilməsi ilə bağlı hər hansı bir gözləntim yoxdur. Çünki "ƏDV geri al" layihəsinin qarşısında qoyulan məqsədlər istiqamətində uğurları var. Amma tam olaraq bu məqsədlərə çatmayıb. Bu baxımdan həmin layihə tam uğurunu başa çatdırmayıb. Burada hansısa məhsul növləri üzrə ƏDV-nin geri qaytarılması ləğv etmələr ola bilər. 2023-cü ilin yanvarın 1-dən belə halları müşahidə etdik. Belə ki, layihəyə tibbi xidmətlər əlavə edildi. Amma spirtli içkilər və tütün məhsulları üzrə geri qaytarmalar ləğv edildi. Bu baxımdan hökumətin hesab etdiyi neqativ istehlaklar, cəmiyyətə zərər vura biləcək məhsulları ləğv edə bilər. Amma layihənin indiki dövrdə ləğv ediləcəyini düşünmürəm. Amma gələcəkdə nə olacağını bilə bilmərik. 2024-2025-ci illərdə güman edirəm ki, heç bir dəyişiklik olmayacaq".

Ekspert keşbek və ƏDV arasındakı fərqlərə və onların məqsədləri ilə bağlı nüanslara aydınlıq gətirib:

"İqtisadçı bildirib ki, keşbek bankların müştəri tutmaq siyasətidir. Keşbek kart ilə ödəmə zamanı şirkətlər 1.5 faiz komissiya banklara komissiya verir. Banklar o komissiyanı müştərilərinə verir və üzərinə öz marketinq xərclərini qoyurlar. Məqsədləri isə kartlarını satmaq və müştərilərini cəlb etməkdir. Fikirləşir ki, müştəri və kart istifadəçilərinin sayı çoxaldıqca çarpaz satışlar edəcəklər. ƏDV isə başqa bir məsələdir. ƏDV dövlətin insanlar arasında şəffaflığın artırılması, nağdsız hesablamaların genişlənməsi kimi məqsədləri güdür".

Xatırladaq ki, Vergi Məcəlləsinə əsasən, tibbi xidmətlərin alışı zamanı ƏDV-nin bir hissəsi istehlakçılara geri ödənilir. Bu məqsədlə tibb müəssisələrində onlayn nəzarət-kassa aparatları tətbiq edilib. Eyni zamanda növbəti ildən alkoqollu içkilərə və tütün məmulatlarına, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılıb.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1492   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr