Xəstəliyi olan çağırışçını orduya göndərən qurumlar CƏZALANDIRILMALIDIR

Xəstəliyi olan çağırışçını orduya göndərən qurumlar CƏZALANDIRILMALIDIRAzərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Ümumi nəzər yetirsək, son zamanlar orduda intihar halları daxil olmaqla bu kimi hadisələri tez-tez eşidirik. Kimisi ya intihar edir, kimisi də xəstəlikdən dünyasını dəyişir. İlk olaraq sual vermək istəyirəm ki, xəstəliyi olan çağırışçının orduda nə işi var?

Baş verən hadisələrə diqqət etsək, ümumiyyətlə qeyri-döyüş şəraitində olan hərbçilərin ölümü bir çox məsələlərdən xəbər verir. Xüsusilə əsgərlərin hansısa bir xəstəlikdən ölməsi düzgün və ciddi şəkildə araşdırılmalıdır. Məsələ bununla bağlıdır ki, əsgərlər xüsusən çağırış dönəmində tibbi müayinədən keçir. Onların ürəyi yaxud bədən quruluşu, xəstəlikləri ilə bağlı hər bir şey yoxlanılır. Amma bəzi məqamlarda biz görürük ki, burada problemlər var. Bununla əlaqədar saysız-hesabsız problemləri nümunə göstərə bilərəm. Məsələn psixoloji problem burada əsas vacib məqamlardandır. Məsələn əsgərlərin intiharı, ürək tutması kimi halları yola verilə bilməz. Bunlar ciddi şəkildə araşdırılmalıdır. Daha sonra bu kimi hallar ordunun özünə problem yaradır. Məsələn bir əsgər əgər psixoloji cəhətdən problemi varsa və intihar edirsə, proses məhkəməyə qədər gedir. Heç kim bunu isə psixologiyaya bağlamır. Elə olub ki, əsgər özünü güllələyir, amma bu əsgərə təzyiq göstərən olmayıb. Amma hər nə olursa olsun burada cəzalandırılma olur. Ortada fakt var və araşdırma aparılır. Zabitlər bu istiqamətdə daha çox cəzalandırılır. Prokurorluq orqanlarının ağlına ilk gələn o olur ki, komandir əsgəri incidir yaxud bölükdə əsgəri sıxırlar. Bunun psixoloji tərəfinə işə baxan yoxdur. Hesab edirəm ki, ilk olaraq bunu yoxlamaq lazımdır. Çağırış zamanı psixoloji problemlər araşdırma aparılmalıdır. Azərbaycanda çox qəribə bir dönəmə gəlib çıxmışıq. İntiharın yaşı belə aşağı düşür. Gənc uşaqlar 17-18 yaşında deyir ki, orduya getmək istəmir. Bəziləri isə xarakter cəhətdən zəif olurlar və dözüm gətirə bilmirlər. Bu baxımdan özlərinə qəsd etməyə çalışırlar. Əsas bu məsələyə baxılmalıdır.

Bu gün əsgərlər özünə ziyan vurmaqla yaxud öldürməklə , həm də illərdir nizam-intizamlı bir zabiti həyatını məhv etmiş olur. Dövlət ən azından öz zabitini qorumaq üçün istər ürək xəstəsi, istərsə də psixoloji problemi olan çağırışçılara ciddi yanaşmalı və araşdırmalıdır. Ürək xəstəsi olan gəncləri yoxlamaq mütləq vacibdir. İlkin müayinə zamanı araşdırılmalıdır ki, nə vaxtsa bu adamın ürəyində problem olub yoxsa yox. Bəzən olur ki, həqiqətən deyirlər ki, bu adamın ürəyində problem var. Bununla bağlı hansısa xəstəxanada yaxud tibb mərkəzində sənədlər alınıb və xəstəliyi olduğu qeyd edilir. Amma bir çox hallarda buna baxmırlar. Dəfələrlə olub ki, ürək xəstəsi olan çağırışçıni orduya gətiriblər. Komissiyada belə bir hal olur ki, çağrışçıya əsgərliyə yararlı olduğunu deyirlər. Amma az qala təlimlərdə bu əsgər ölə bilər yaxud ürəyi dayana bilər. Təchizat ilə birlikdə təlimləri götürə bilməyən xeyli əsgər var. Bu halların sayı çoxdur. Mənə bu hallar çox qəribə gəlir. Azərbaycanda elə çağırışçıları araşdırmaq üçün ağ biletlər ilə bağlı yoxlanış aparılır. İndi daha da bu yoxlanışa ciddi yanaşırlar. Təzədən çağırışçı hərbi xidmətə getmədən əvvəl yenidən müayinədən keçir. Hətta problemi çıxanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində olan qurumda həmin çağırışçını təzədən müayinə edirlər. Yəni bu qədər müayinədən sonra bu əsgər ürək tutmasından olur. Deməli burada ya inanmırlar, ya da düşünürlər ki, xəstəliyi azdır və xidmət edə bilər. Yəni bu məsələnin üzərinə dövlət ciddi şəkildə düşməlidir. Bütün ordularda qeyri-döyüş şəraitində ölüm halları var. Amma bütün dövlətlər çalışırlar ki, bunun faizini aşağı salsınlar. Təhlükəsizlik qaydalarının pozulması və əsgər tərəfindən edilən ehtiyatsızlıq başa düşüləndir və bu həmişə olacaq. Amma xəstəlik və psixologiya ilə bağlı ölümlər təkcə ordunu məsuliyyət altına almır. Bu zaman həmin çağırışçını göndərən qurumlarda məsuliyyətə cəlb edilməlidir. Niyə xəstəliyi olan əsgər vaxtında dəqiq şəkildə yoxlanılmayıb. Qurumların sayı çoxdu və yenə də problemlər var

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2885   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr