Taksilərlə bağlı YENİ QƏRAR – Hansı yeniliklər olacaq?
Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimində həmin sistemə ötürüləcək.
Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu addım taksi sahəsində daha sistemli xidmətin təqdim olunmasına gətirib çıxaraq:
"Elektron taksi sisteminin fəaliyyətə başlaması xüsusən sərnişin daşımada fəaliyyət göstərəcək fiziki və hüquqi şəxslərin bu prosesdən yararlana bilməsi və alt sistemə daxil olması nəzərdə tutulub. Yəni sərnişin daşıma ilə məşğul olacaq fiziki və hüquqi şəxslər portal vasitəsi ilə xüsusi olaraq bir mexanizm halında, necə deyərlər, format şəklində fəaliyyət göstərə biləcəklər. Eyni zamanda bu sahə dövlətin nəzarətində olacaq. İstər sürücü, istər avtomobil, istərsə də digər elementlərə nəzarət ediləcək".
Ekspert taksilərdə daha əvvəl özünü göstərən problemlərin artıq tədricən aradan qalxacağını diqqətə çatdırıb:
"Bu baxımdan əvvəlki narazılıqlar, narahatlıqlar bir daha təkrar olunmayacaq. Ona görə ki, burada əsas mahiyyət gələcəkdə fəaliyyət göstərəcək şirkət və şəxslərin sürücüləri, nəqliyyat vasitələri haqqında məlumat bir baza şəklində öz əksini tapacaq. Hansısa şirkətdən və fərddən asılı olmayaraq, bu proseslər göz önündə olacaq. Düzdü, burada müəyyən rüsumlar, ödənişlər var. Amma biz buna daha optimist yanaşsaq, görərik ki, köhnə sistem narahatlıq yaradırdı. Ancaq yeni sistemdə bu cür problemlər demək olar ki, aradan tam qaldırılacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2030 Tarix: 10 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrAnar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr