Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH
Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlərə yaxından diqqət yetirsək, NATO və Rusiya arasında hərbi əməliyyatlar başlaya bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Məhəmməd Əsədullayev bildirib ki, Rusiya - Ukrayna arasında davam edən müharibə NATO-Rusiya qarşıdurmasının yeni mərhələyə keçməsini tətikləyir:
"Xüsusilə NATO-nun qərbi Polşada nüvə başlıqları və digər qırıcı təyyarələri yerləşdirməsi Rusiyanı ciddi şəkildə narahat edir. Bu da NATO-Rusiya qarşıdurmasının yeni müstəviyə çıxması deməkdir. Ümumi götürdükdə isə NATO və Rusiyada birbaşa qarşıdurmadan çəkinir. Çünki bu birbaşa dünya müharibəsinin başlaması demək olar. Ukrayna Rusiya arasında davam edən müharibəni NATO-Rusiya arasında gedən qarşıdurma kimi xarakterizə etmək olar. Burada müharibənin adı Ukrayna, silahlar isə NATO-dur. Amma birbaşa döyüşdə nə Rusiya, nə NATO. Çünki bu addım nüvə müharibəsinə gətirib çıxara bilər. Bu da bəşəriyyəti narahat edən əsas faktordur. Düşünürəm ki, bu şərqi Avropada NATO-nun öz nüvə başlıqlarını və təyyarələrini yerləşdirməsi gərginliyi artıracaq. Rusiya bunun əvəzini Ukraynaya qarşı geniş lmiqyaslı, dağıdıcı əməliyyatlar ilə cavab verəcək".
Qeyd edək ki, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bir neçə gün əvvəl alyansın bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrə əl atmağa hazır olduğunu açıqlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1240 Tarix: 25 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021