Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTOABŞ-nin Los-Anceles şəhərində mağazanın dayanacağında adamyeyən görüntülənib.

29 yaşlı evsiz Kolin Çex ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, kişinin başını asfalta çırpmağa başlayıb, sonra isə əyilib onun üzünü yeməyə başlayıb. Hadisənin şahidləri polisə müraciət ediblər. Polis əməkdaşları hadisə yerinə gələndə Çexin qurbanın üzərinə əyildiyini görüblər. Onun əlləri, üzü və paltarları qan içində olub. Sonradan məlum olub ki, Çex kişinin qulağını və gözünü yeyib. Qurbanın daha sonra Kennet Braun olduğu müəyyən edilib: onu xilas etmək mümkün olmayıb. Braun başının asfalta çırpılması nəticəsində aldığı travmalardan vəfat edib.

Çex həbs olunarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarının heç bir sualına cavab verə bilməyib. Cinayətkar nəzarət altına götürülüb, sonra isə huşunu itirdiyi üçün xəstəxanaya göndərilib. Daha sonra Çex müstəntiqlərə evsiz olduğunu və son beş gün ərzində yatmadığını, hansısa varlığın ona hakim olduğunu bildirib. Çex həmçinin qeyd edib ki, guya ilk olaraq Braun ona hücum edib, o, özünü qulyabanı ilə döyüşürmüş kimi hiss edib və ilahi güc ona qalib gəlməyə kömək edib. Kişi başındakı səslərin ona hansısa Dreykə hücum etməyi əmr etdiklərini və Braunu onunla səhv saldığını deyib. Çex həmçinin hücum üçün dişlərini istifadə etdiyini etiraf edib.

Onun işi üzrə keçirilən ilk məhkəmə iclası zamanı həmin şəxs özünü qəribə aparıb və mimikaları tez-tez dəyişib. Çexin vəkili məhkəmədə onun ruhi xəstə olduğunu deyib. Kişi psixiatrik müayinədən keçəcək. Növbəti iclas mayın 24-nə təyin edilib. (OXU.AZ)
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 861   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İri ticarət mərkəzləri və "Mall"lar sentyabrın 13-dən açılır?-AÇIQLAMA

Sentyabrın 8-dən Azərbaycanda karantin rejimi yenidən yumşaldılır. Belə ki, rayonlara şəxsi avtomobillə gediş-gəliş bərpa edilir, restoran və kafelər əvvəlki qaydada fəaliyyət göstərəcək. Növbəti yumşalmada iri ticarət mərkəzləri də açılacaqmı? . Bununla bağlı -a danışan deputat Azər Badamov bildiri

7 sentyabr 2020
.

"Düşmən mediasındakı yalan məlumatlar hərbçilərimizin ruhuna mənfi təsir edə bilər"

"Daxili hərbi-siyasi vəziyyəti iyul döyüşlərinə nəzərən təhlil etdikdə görürük ki, bu döyüşlərdə Azərbaycanın media sektoru da özünü müsbət mənada göstərdi. Müdafiə Nazirliyinin mətbuat xidməti lazımi tədbirlər görərək, həm iaşə obyektlərində, həm ictimai nəqliyyatda, həm də kütləvi informasiy

21 avqust 2020
.

Maskanın yaratdığı təhlükə - Ağızda göbələk əmələ gələ bilər

Həkim İhsan Hubbezoğlu koronavirus epidemiyası zamanı istifadəsi məcburi olan maskanın ağız və diş sağlamlığına təsir etdiyini bildirib. -a istinadla bildirir ki, onun fikrincə, maskaları dəfələrlə taxmaq, eyni maskanı uzun müddət istifadə etmək və keyfiyyətsiz bir maska seçmək ağızda göbələk əmələ gəlməsin

13 mart 2021
.

Pakistanda daşqınlar qadının və oğlunun həyatına son qoydu - VİDEO

Pakistanın paytaxtında güclü yağışlar daşqınlarla nəticələnib. Təbii fəlakət qurbanlarla nəticələnib. Bu barədə RT xəbər yayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı iki nəfər həlak olub. Onlar ana-baladırlar. Bildirilir ki, qadın və oğlu qəfil gələn daşqından xilas ola bilməyiblər və öz evlərind

29 iyul 2021
.

Filippində koronavirusun yeni növü aşkarlanıb

Filippin hökuməti bu gün ölkə ərazisində koronavirusun yeni növünün aşkarlandığını təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, P.3 adı verilən yeni virusa hazırda 98 nəfərin yoluxması təsdiqlənib. Bununla yanaşı, Səhiyyə Nazirliyi Braziliyadan qayıtmış bir vətəndaşda adıçəkilən ölkəy

13 mart 2021
.

Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus xəstələrinin və COVID-19-a şübhəli hansı hallarda poliklinikaya, hansı hallarda isə Təcili Tibbi Yardıma müraciət etməsi barədə məsələyə münasibət bildirib. Onun sözlərinə görə, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqınd

8 dekabr 2020
.

Türkiyə Prezidenti: "Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmadı"

"Vətən müharibəsi dövründə Azərbaycan xalqı həmrəylik göstərərək heç bir fədakarlıqdan qaçmadı". xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. "Ermənilərin dinc sakinləri hədəf

9 dekabr 2020
.

Koronavirusu dəf edən SİMPTOM AŞKARLANDI

İybilmənin zəifləməsi koronavirusun erkən diaqnozu üçün etibarlı amil olmaqla yanaşı, həm də xəstəliyi dəf etmək ehtimalına dair nikbin əlamətdir. Belə bir qənaət Madrid Complutense Universiteti (UCM) və San Karlos Klinik Hospitalının mütəxəssislərinin rəhbərliyilə keçirilən 5 868 koronavirus xəstəsini

16 mart 2021
.

İlham Əliyev: "Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq"

"Mən İtaliya parlamentinin sədr müavininin başçılığı ilə müxtəlif siyasi qrupları təmsil edən nümayəndə heyətini qəbul etmişəm. Onlar Ağdamda və Gəncədə olmuşlar. Birinin işğal nəticəsində viran qoyulduğu, digərinin isə müharibə vaxtı ballistik raket hücumu nəticəsində çoxsaylı qurban verdiyi b

9 dekabr 2020