Rusiya - Ukrayna müharibəsi bu halda BİTƏ BİLƏR - ŞƏRH

Rusiya - Ukrayna müharibəsi bu halda BİTƏ BİLƏR - ŞƏRHUzun müddətdir Rusya-Ukrayna müharibəsi davam edir. Bu ilin fevralından artıq sözügedən müharibənin iki ili tamam olub. Gedən proseslər onu deməyə əsas verir ki, hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması üçün bir zəmin görünmür. Kiyev administrasiyası beynəlxalq səviyyədə tanınmış sərhədlərin bərpası və rus qoşunlarının ölkədən çıxarılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirir. Moskva administrasiyası isə Ukraynanın real ölkə olmadığını və Rusiya qüvvələrinin öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyini iddia edir. Bəs hansı halda Rusiya-Ukrayna müharibəsi bitə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Rusiya - Ukrayna müharibəsi 2022-ci ilin fevralından aramsız şəkildə davam edir:

"Əslində hər iki tərəf məqsədinə nail olmayıb. Rusiyanın hücumundakı əsas məqsədi ölkəni NATO istiqamətinə aparan Velodimir Zelenskidən qurtarmaq idi. Onu devirib Rusiyaya meyilli və etnik olaraq Rusiyanın olduğu bölgələrdə özünə bağlı yerli idarəetmə orqanları formalaşdırmaq idi. Zelenski isə Putinin üzərində qələbə çalaraq Donbas və ona yaxın əraziləri, o cümlədən Krımı azad etmək idi. Ancaq hər iki tərəf burada mövqe müharibəsində qalıb. Nə rus ordusu tam irəliləyə bilir, nə də Ukrayna ordusu işğal edilmiş əraziləri geri ala bilmir. Buna görə də hər iki tərəfdə səngərdə ciddi itkilər verir. Heç bir tərəfin qələbəsi yoxdur. Bu gün Rusiya Ordusu bir az daha üstün mövqedədir deyə bilərik. Xüsusilə qərbdən Ukraynaya yardımların kəsilməsi, İsrail müharibəsinin Ukraynanın önünə keçdiyi üçün, onlara olan diqqəti bir az azaldıb".

Politoloqun sözlərinə görə, ikiki tərəfdən biri ya Moskva yaxud Kiyev müharibəyə davam edərək istədikləri nöqtəyə çatarsa müharibə sona çata bilər:

"Digər tərəfdən atəşkəs müzakirələrinə şərtlər yerinə yetirilməlidir. Məsələn aktiv əməliyyatların davam etdiyi bu günlərdə kim hansı ərazidədirsə, o bölgələrdə qalacaq. Müharibə sonlanacaq. Rusiyaya yönəlik sanksiyalar azaldılacaq. Kiyev NATO-ya girməmək haqqında , Rusiya isə bir daha Ukrayna ərazilərinə hücum etməmək haqqında öhdəlik götürəcəksə, NATO-ya girməsə belə Ukraynanın hər hansı bir müdafiə konsepsiyasına üzv olması və belə bir mexanizmin tətbiqi nəticəsində bu vəziyyət dəyişə bilər. Üçüncü variant odur ki, bu da hakimiyyət dəyişikliyidir. Ya Vladimir Putin, ya da Zelenski öz komandalarını hakimiyyət ilə dəyişəcəksə müharibənin sonlanacağını düşünürəm".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1458   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İri ticarət mərkəzləri və "Mall"lar sentyabrın 13-dən açılır?-AÇIQLAMA

Sentyabrın 8-dən Azərbaycanda karantin rejimi yenidən yumşaldılır. Belə ki, rayonlara şəxsi avtomobillə gediş-gəliş bərpa edilir, restoran və kafelər əvvəlki qaydada fəaliyyət göstərəcək. Növbəti yumşalmada iri ticarət mərkəzləri də açılacaqmı? . Bununla bağlı -a danışan deputat Azər Badamov bildiri

7 sentyabr 2020
.

"Düşmən mediasındakı yalan məlumatlar hərbçilərimizin ruhuna mənfi təsir edə bilər"

"Daxili hərbi-siyasi vəziyyəti iyul döyüşlərinə nəzərən təhlil etdikdə görürük ki, bu döyüşlərdə Azərbaycanın media sektoru da özünü müsbət mənada göstərdi. Müdafiə Nazirliyinin mətbuat xidməti lazımi tədbirlər görərək, həm iaşə obyektlərində, həm ictimai nəqliyyatda, həm də kütləvi informasiy

21 avqust 2020
.

Maskanın yaratdığı təhlükə - Ağızda göbələk əmələ gələ bilər

Həkim İhsan Hubbezoğlu koronavirus epidemiyası zamanı istifadəsi məcburi olan maskanın ağız və diş sağlamlığına təsir etdiyini bildirib. -a istinadla bildirir ki, onun fikrincə, maskaları dəfələrlə taxmaq, eyni maskanı uzun müddət istifadə etmək və keyfiyyətsiz bir maska seçmək ağızda göbələk əmələ gəlməsin

13 mart 2021
.

Pakistanda daşqınlar qadının və oğlunun həyatına son qoydu - VİDEO

Pakistanın paytaxtında güclü yağışlar daşqınlarla nəticələnib. Təbii fəlakət qurbanlarla nəticələnib. Bu barədə RT xəbər yayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı iki nəfər həlak olub. Onlar ana-baladırlar. Bildirilir ki, qadın və oğlu qəfil gələn daşqından xilas ola bilməyiblər və öz evlərind

29 iyul 2021
.

Filippində koronavirusun yeni növü aşkarlanıb

Filippin hökuməti bu gün ölkə ərazisində koronavirusun yeni növünün aşkarlandığını təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, P.3 adı verilən yeni virusa hazırda 98 nəfərin yoluxması təsdiqlənib. Bununla yanaşı, Səhiyyə Nazirliyi Braziliyadan qayıtmış bir vətəndaşda adıçəkilən ölkəy

13 mart 2021
.

Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus xəstələrinin və COVID-19-a şübhəli hansı hallarda poliklinikaya, hansı hallarda isə Təcili Tibbi Yardıma müraciət etməsi barədə məsələyə münasibət bildirib. Onun sözlərinə görə, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqınd

8 dekabr 2020
.

Türkiyə Prezidenti: "Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmadı"

"Vətən müharibəsi dövründə Azərbaycan xalqı həmrəylik göstərərək heç bir fədakarlıqdan qaçmadı". xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. "Ermənilərin dinc sakinləri hədəf

9 dekabr 2020
.

Koronavirusu dəf edən SİMPTOM AŞKARLANDI

İybilmənin zəifləməsi koronavirusun erkən diaqnozu üçün etibarlı amil olmaqla yanaşı, həm də xəstəliyi dəf etmək ehtimalına dair nikbin əlamətdir. Belə bir qənaət Madrid Complutense Universiteti (UCM) və San Karlos Klinik Hospitalının mütəxəssislərinin rəhbərliyilə keçirilən 5 868 koronavirus xəstəsini

16 mart 2021
.

İlham Əliyev: "Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq"

"Mən İtaliya parlamentinin sədr müavininin başçılığı ilə müxtəlif siyasi qrupları təmsil edən nümayəndə heyətini qəbul etmişəm. Onlar Ağdamda və Gəncədə olmuşlar. Birinin işğal nəticəsində viran qoyulduğu, digərinin isə müharibə vaxtı ballistik raket hücumu nəticəsində çoxsaylı qurban verdiyi b

9 dekabr 2020