"Baku Electronics" satdığı keyfiyyətsiz malı dəyişdirməyib – Cərimələndi

"Baku Electronics" satdığı keyfiyyətsiz malı dəyişdirməyib – Cərimələndiİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqəmsal və məişət texnikasının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan "Baku Electronics" barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci maddəsinə əsasən protkol tərtib edib. Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, "Baku Electronics" MMC "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 13-cü bəndinin tələblərini pozub.

Belə ki, "Baku Electronics"in müştəriyə satdığı keyfiyyətsiz mal (müqavilə şərtlərinə uyğun olmayan mal) geri qaytarılan zaman qəbul olunmayıb.

Dövlət Xidmətinin tərtib etdiyi protokola əsasən "Baku Electronics" MMC-nin altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə ediləcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, 9 fevral 2001-ci ildə dövlət qeydiyyatına alınan "Baku Electronics" MMC-nin nizamnamə kapitalı 15 milyon 146 min 300 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Səid Naxçıvanidir.

Onu da bildirək ki, "Baku Electronics" MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərən "NAB Holdinq" şirkətidir. "NAB Holdinq" Türkiyədə yaşayan Cənubi Azərbaycan əsilli Eromi ailəsinə məxsusdur. Hazırda "NAB Holdinq"in İdarə Heyətinin sədri Behram Eromidir.

"NAB Holdinq" şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. "Bank of Baku", "Baku Electronics", "Qafqaz Lizinq", "Buta Sığorta", "Baku Service Company", "Auto Azərbaycan" kimi şirkətlərin əsas sahibi "NAB Holdinq" şirkətidir. "Qafqaz Lizinq" və "Buta Sığorta" fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər. Hazırda 35%-lik pay ilə "Bank of Baku"nun ən böyük səhmdarı "NAB Holdinq"dir.

Qeyd edək ki, Türkiyə mətbuatında "NAB Holdinq"in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.

Onu da bildirək ki, bu yaxınlarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "NAB Holdinq"ə bağlı olan "Hyundai" markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru "Auto Azərbaycan" MMC barəsində də araşdırma başladıb.

Bildirilir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Auto Azərbaycan" MMC tərəfindən minik avtomobillərinin satışı zamanı bağladığı müqavilənin şərtlərinin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğun olub-olmadığını araşdırır. İşə may ayının 7-də baxılacağı qeyd olunub.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1098   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində daha əvvəl saxlanılmış Kenan Doğulu və Enis Arıkan da daxil olmaqla səkkiz nəfərin narkotik testlərinin nəticələrinin müsbət çıxdığı bildirilir. xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. İstanbul Respublika Baş Prokurorluğunu

18 iyun
.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust