Gecəyarısı "avtoş"luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
Paytaxtın müxtəlif yerlərində, xüsusilə də Nəsimi rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Nəsimi Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qara Abdullayev tərəfindən aşkar edilən faktlar nəticəsində araşdırma aparılıb və sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar nəticəsində 90-BA-046 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobilin sürücüsü Əbülfəz Eldar oğlu Süleymanovun müxtəlif vaxtlarda avtomobilin dövlət nömrə nişanlarını çıxararaq təhlükəli manevrlər etməsi müəyyən olunub. Xüsusilə Nəsimi rayonu Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Salamzadə küçələrində avtoxuliqanlıq edən şəxsin avtomobildə konstruksiya dəyişiklikləri etdiyi də müəyyən olunub.
Müxtəlif vaxtlarda ciddi qayda pozuntuları edərək videoya çəkib sosial şəbəkələrdə paylaşan şəxs barəsində toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü bir il sürücülük hüququ məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs olunub.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 744 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunKDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə
23 iyunAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyunİmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI
I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə
24 iyun