Günü-gündən kriminallaşan məktəb: "Səbəb sosial şəbəkələrdir" - Açıqlama
"Elə bir ay olmur ki, hansısa məktəbin şagirdləri arasında dava düşməsi, kiminsə bıçaqlanması (bəzən bu hadisələr ölümlə nəticələnir) barədə məlumatlar yayılmasın. Hər dəfə də səbəbləri araşdırmaq əvəzinə, nəticəni qabardırıq. Halbuki, sözügedən nəticələr bir çox hallarda təkcə məktəblə deyil, bilavasitə valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlərlə bağlı olur".
Bunu Bakupost.az -a açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov məktəblərdə şagirdlər arasında baş verən münaqişələr haqda danışarkən deyib.
O, qeyd edib ki, bəzi yeniyetmə və gənclərin naqisliklərini məktəbin obrazında ümumiləşdirmək ədalətsizlik olardı:
"Elə götürək, son olaraq Tərtərdə iki məktəbli arasında düşən davada onlardan birinin ölümü ilə nəticələnən hadisəni. Araşdırma aparılmadan konkret fikir bildirmək yanlışlıqlara yol aça bilər. Bunun üçün hüquq-mühafizə orqanları, digər səlahiyyətli qurumlar var. Mübahisə hansı zəmində baş verib, valideyn hara baxıb, sinif rəhbəri bundan niyə vaxtında xəbər tutmayıb?".
Ekspert baş verən neqativ hadisələrə sosial şəbəkələrin səbəb olduğunu bildirib:
"Ümumiyyətlə, bu kimi məsələlərə şəxsi mülahizələr, hansısa ehtimallar əsasında yanaşmağı düzgün hesab etmirəm. Təkcə onu deyə bilərəm ki, məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas və başlıca səbəbkarı sosial şəbəkələrdir. Nə qədər ki, bu istiqamətdə radikal addımlar atılmayacaq belə halların baş verməsi qaçılmaz olacaq. Buna görə də araşdırmanın aparılması, hadisə ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında operativlik və mobillik təmin olunmalıdır. Nəticə ilə bağlı istənilən ləngimələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır, ictimaiyyətin bu mövzuda daha həssas davranmasında ikitirəlik yaranır, müxtəlif yorumlara yol açılır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1361 Tarix: 11 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr