Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAHAzərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarla cərimədən azad edilmə ilə cərimənin ümumiyyətlə qanunsuz tətbiq olunması fərqli hüquqi anlayışlardır. Bu baxımdan, vətəndaşların hansı hallarda cərimə oluna bilməyəcəyini və əsassız qərarlardan necə şikayət edə biləcəyini bilməsi vacibdir.

Bəs, Azərbaycan qanunvericiliyinə əsasən, hansı şəxslər və hansı hallarda inzibati cərimədən azad edilə bilər? Yaş, sosial vəziyyət və digər hüquqi statuslar inzibati məsuliyyətə necə təsir göstərir və vətəndaş əsassız cərimə ilə üzləşdikdə qərardan hansı qaydada şikayət edə bilər?
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAHMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, inzibati cərimənin kimlərə və hansı hallarda tətbiq edilə bilməməsi məsələsi ilk növbədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

"Bu sahədə əsas prinsip ondan ibarətdir ki, hər bir şəxs yalnız qanunla müəyyən edilmiş əsaslar mövcud olduqda inzibati məsuliyyətə cəlb edilə bilər. Eyni zamanda, qanunvericilik müəyyən şəxslər və hallar üçün xüsusi hüquqi təminatlar və məsuliyyətdən azadolma mexanizmləri nəzərdə tutur. İlk növbədə qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinə əsasən, inzibati xəta törədərkən 16 yaşına çatmamş şəxslər inzibati məsuliyyətə cəlb edilə bilməzlər. Bununla yanaşı, 16 yaşından 18 yaşınadək olan şəxslər barəsində də xüsusi hüquqi qaydalar mövcuddur. Belə ki, ilk dəfə inzibati xəta törətmiş yetkinlik yaşına çatmayan şəxslər qanunvericilikdə nəzərdə tutulan şərtlər daxilində inzibati məsuliyyətdən azad edilə bilərlər. Bu zaman onların psixi inkişaf səviyyəsi, həyat şəraiti, səhhəti, təhsili və digər fərdi xüsusiyyətləri nəzərə alınır. Lakin bu azadolma avtomatik xarakter daşımır və qanunda göstərilən istisnalar da mövcuddur".

Ekspert bildirib ki, digər mühüm hal şəxsin anlaqsız vəziyyətdə olmasıdır:

"İnzibati Xətalar Məcəlləsinin 15-ci madəsinə əsasən, şəxs inzibati xəta hesab edilən əməli törətdiyi zaman psixi xəstəlik və ya digər psixi pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olmayıbsa, inzibati məsuliyyət daşımır. Burada xüsusi olaraq vurğulanmalıdır ki, şəxsin əlilliyinin olması öz-özlüyündə onu inzibati məsuliyyətdən azad etmir. Əsas meyar konkret əməl törədilən zaman şəxsin psixi vəziyyətidir. Qanunvericilikdə hərbi qulluqçular və xüsusi hüquqi toxunulmazlıq statusuna malik şəxslərlə bağlı da müəyyən istisnalar nəzərdə tutulur. Hərbi qulluqçuların bəzi inzibati xətalarına görə intizam məsuliyyəti tətbiq oluna bilər və onlara münasibətdə ümumi qaydalardan fərqli hüquqi mexanizmlər mövcuddur. Eyni zamanda, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə əsasən toxunulmazlıq hüququ olan bəzi şəxslər barəsində xüsusi prosedurlar tətbiq edilir".

Vəkil qeyd edib ki, vətəndaşların sosial vəziyyətinə gəldikdə isə, pensiyaçı olmaq, işsiz qalmaq, aztəminatlı ailənin üzvü olmaq, çoxuşaqlı ailədə yaşamaq və ya əlilliyə malik olmaq ümumi qaydada inzibati cərimədən avtomatik azad edilmək üçün əsas hesab edilmir:

"Başqa sözlə, şəxsin maddi vəziyyətinin ağır olması onun inzibati məsuliyyətini öz-özlüyündə aradan qaldırmır. Bununla belə, konkret inzibati xəta üzrə xüsusi qanunvericilikdə güzəşt və ya azadolma nəzərdə tutulubsa, həmin hüquqi təminat tətbiq edilməlidir. Bu baxımdan, hər bir məsələ şəxsin sosial statusundan daha çox, konkret hüquq pozuntusunun xarakteri və qanunvericilikdə müəyyən edilmiş şərtlər əsasında qiymətləndirilməlidir. Burada mühüm hüquqi fərq ondan ibarətdir ki, inzibati cərimədən azad edilmə ilə cərimənin qanunsuz tətbiq edilməsi eyni anlayışlar deyil. Cərimədən azad edilmə o deməkdir ki, müəyyən inzibati xəta baş vermiş olsa da, qanun konkret şəxsə və ya vəziyyətə görə onu inzibati məsuliyyətdən azad etməyə imkan verir. Cərimənin qanunsuz tətbiqi isə tamam başqa məsələdir. Belə ki, əgər şəxs inzibati xəta törətməyibsə, onun təqsiri sübuta yetirilməyibsə, hadisə ilə həmin şəxs arasında hüquqi əlaqə yoxdursa, qərar səlahiyyətsiz orqan tərəfindən qəbul edilibsə və ya qanunla müəyyən edilmiş prosedur pozulubsa, bu halda cərimənin özü qanunsuz hesab oluna bilər".

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 19-cu və 20-ci maddələrində nəzərdə tutulan zəruri müdafiə və son zərurət halları da xüsusi əhəmiyyət daşıyır:

"Belə vəziyyətlərdə şəxsin hərəkətləri zahirən inzibati xəta əlamətləri daşısa da, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda həmin hərəkətlərə görə inzibati məsuliyyət yaranmaya bilər. Həmçinin qanunvericiliyə əsasən, inzibati məsuliyyəti aradan qaldıran və ya şəxsin vəziyyətini yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi də müəyyən hallarda mümkündür. Vətəndaş əsassız və ya qanunsuz cərimə ilə üzləşdikdə öz hüquqlarını müdafiə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş şikayət mexanizmlərindən istifadə edə bilər. İlk növbədə, cərimə qərarı diqqətlə araşdırılmalı, qərarın hansı maddəyə əsaslandığı, hadisənin tarixi və yeri, qərarı qəbul edən orqanın səlahiyyəti və mövcud sübutlar yoxlanılmalıdır. Əgər qərarla razılaşmaq üçün əsas yoxdursa, vətəndaş foto və video görüntülərini, şahid ifadələrini, ödəniş sənədlərini, tibbi arayışları və digər sübutları toplayaraq şikayət verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət, ümumi qayda olaraq, qərarın surətinin rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Şikayət müvafiq hallarda yuxarı səlahiyyətli orqana, vəzifəli şəxsə və ya məhkəməyə təqdim edilə bilər. Şikayətdə qərarın hansı səbəbdən qanunsuz və ya əsassız hesab edildiyi, hansı hüquq normalarının pozulduğu və bunu təsdiq edən sübutlar aydın şəkildə göstərilməlidir. Əgər şikayət müddəti üzrlü səbəbdən ötürülübsə, onun bərpası məsələsi də qanunvericiliyə uyğun qaydada qaldırıla bilər. Bununla yanaşı, şikayətin verilməsinin cərimənin icrasını bütün hallarda avtomatik dayandırmadığını da nəzərə almaq lazımdır".

"Beləliklə, Azərbaycan qanunvericiliyində inzibati cərimədən azad edilmə məsələsi şəxsin yaşı, psixi vəziyyəti, xüsusi hüquqi statusu və konkret hüquq pozuntusunun xarakteri ilə əlaqələndirilir. Sosial vəziyyət, pensiyaçı olmaq, işsizlik və ya aztəminatlılıq isə ümumi qaydada cərimədən azad edilmək üçün müstəqil hüquqi əsas hesab edilmir. Əsas prinsip ondan ibarətdir ki, heç bir şəxs qanuni əsas olmadan, təqsiri müəyyən edilmədən və qanunla nəzərdə tutulmuş prosedurlara əməl edilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Vətəndaşın əsassız cərimə ilə üzləşdiyi halda isə onun qərardan şikayət etmək, sübutlar təqdim etmək, qərarın ləğvini və iş üzrə icraata xitam verilməsini tələb etmək hüququ vardır" - ekspert əlavə edib.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9648   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

15 noyabr
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

15 noyabr
.

Azərbaycançılıq ideologiyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və müstəqilliyimizin ideoloji təməli

"Azərbaycançılıq ideologiyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik məfkurəsini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideologiya Azərbaycan xalqının vahid milli amal ətrafında birləşməsini, dövlətə sədaqətini

16 noyabr
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

15 noyabr
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr