Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəmə gətirir. Xüsusilə, vətəndaşın kartının hansı məqsədlə istifadə edildiyindən xəbərsiz olması, onun cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi və özünü hüquqi baxımdan necə müdafiə edə biləcəyi mühüm əhəmiyyət daşıyır.

Bəs, öz adına açılmış bank kartının qanunsuz maliyyə əməliyyatlarında istifadə olunmasından xəbərsiz olan şəxs də cinayət məsuliyyəti daşıya bilərmi? Belə hallarda kart sahibinin məsuliyyəti hansı meyarlarla müəyyən edilir və vətəndaşlar hüquqlarını qorumaq üçün ilk növbədə hansı addımları atmalıdırlar?
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, başqasının əmlakından qanunsuz istifadə edilməsi, onun etibarından sui-istifadə edilərək pensiya və ya digər bank kartının ələ keçirilməsi və qanunsuz əməliyyatlarda istifadə olunması ən azı dələduzluq əlamətləri yaradır.

"Lakin həmin kart vasitəsilə hansısa başqa cinayət törədilərsə, kartdan istifadə edən şəxs həmin əməllərə görə də ayrıca məsuliyyət daşıyır. Məsələn, çirkli pulların yuyulması, kibercinayətkarlıq və ya terrorçuluğun maliyyələşdirilməsi kimi əməllərə yol verilərsə, şəxs törətdiyi cinayətlərə uyğun məsuliyyətə cəlb oluna bilər. Kartından istifadə edilən vətəndaşa gəldikdə isə, əgər onun baş verənlərdən məlumatlı olduğu sübuta yetirilməzsə, yəni özü də aldadılıbsa, bu halda onun məsuliyyəti yaranmır. Bununla belə, vətəndaşlar bank kartlarını başqalarına verərkən ehtiyatlı olmalıdırlar. Nəzərə almaq lazımdır ki, hüquq-mühafizə orqanları şəxsin təqsirini sübut etməlidir. Lakin praktikada bəzən vətəndaşdan da baş verənlərdən xəbərsiz olduğunu və cinayətə ortaq olmadığını izah etməsi tələb olunur. Bu baxımdan, hər kəs bank kartlarının təhlükəsizliyinə diqqət yetirməli, onları başqa şəxslərin istifadəsinə verməməlidir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 323   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr