Yerdə güclü maqnit qasırğası başlayıb, ABŞ xəbərdarlıq edib - YENİLƏNİB
ABŞ hökuməti 2003-cü ilin oktyabrından bəri ilk dəfə olaraq G5 geomaqnit qasırğası və Yerdən 17 dəfə böyük olan Günəş ləkələri barədə xəbərdarlıq edib.
"Report"un məlumatına görə, bu barədə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) məlumat yayıb.
Məlumata görə, fırtına elektrik şəbəkələrinə, peyklərə və yüksək tezlikli radio rabitələrinə müdaxilə edə bilər. Günəş fəaliyyəti kosmosda hərəkət edən və nəticədə Yerə çatan enerjinin sərbəst buraxılmasını əhatə edir.
Qeyd olunur ki, ABŞ-ın kritik infrastruktur operatorları müvafiq bildiriş alıblar.
2024-05-10 22:25
Yer kürəsində güclü maqnit qasırğası başlayıb
"Report" xəbər verir ki, bu barədə "TASS"a Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.
Belə ki, Yerin maqnit sahəsində pozulma beş göstəricili monitorinq şkalası üzrə "güclü" mənasını verən "G3" səviyyəsinə yüksəlib.
Səviyyə "G3" o deməkdir ki, Yer kürəsində enerji sistemləri, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallarla bağlı problemlər ola bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsində fasilələr də yarana bilər.
Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Dəhşətli bir qış gəlir - Havalar...
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?
Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ