Quru sərhədlərinin açılması məsələsi yenidən gündəmdə- AÇIQLAMA

Quru sərhədlərinin açılması məsələsi yenidən gündəmdə- AÇIQLAMAEldəniz Əmirov: "Quru sərhədin açıq olması o demək deyil ki, xərclər həddən artıq aşağı düşəcək, çünki..."

Azərbaycan vətəndaşları 2024-cü ilin ilk rübündə xarici ölkələrdə 439.11 milyon manat həcmində xərclər çəkiblər və bu da 2023-cü illə müqayisədə 74 faiz artım deməkdir.
Musavat.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, xaricə gedən turistlərin ən böyük xərci nəqliyyatla bağlıdır. Belə ki, ölkənin xaricə gedən turistlərin xərclərinin 37 faizi və ya 16.57 mln. manatı nəqliyyat xərcləri təşkil edir. 2023-cü ilin ilk rübündə bu rəqəm 38 faiz idi. Azərbaycanlı turistlər ən çox xərci Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Səudiyyə Ərəbistanı və Qazaxıstana səfər etməklə çəkiblər.

Bəs görəsən qeyri -rəsmi rəqəmlər hansı civardadır?

Nəzərə alsaq ki, 2020-ci ildən etibarən pandemiya səbəbindən ölkəmizdə quru sərhədlər bağlanıb, o səbəbdən də bu rəqəmlərin real vəziyyətdən bir neçə dəfə yüksək olması danılmazdır. Yoxsa bu amilin qiymətlərə o dərəcədə də təsiri yoxdur? Ümumiyyətlə, nəqliyyat xərcləri nə qədər olmalıdır ki, optimal qiymətlər formalaşsın?

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Musavat.com-a fikirlərini bildirdi.

O dedi ki, istər yerli, istərsə də beynəlxalq turizmdə nəqliyyat xərcləri turizm xərclərinin əsasını təşkil edir: "Daxili turizmdə avtomobil nəqliyyatı üstünlük təşkil etsə də, beynəlxalq turizmdə, əsas da məsafələrin böyük olduğu yerdə hava nəqliyyatı üstünlüyə malikdir. Statistika onu göstərir ki, beynəlxalq səyahətlərdə hava nəqliyyatının payı 45 faiz üzərində göstəriciyə malikdir. Yaxın qonşular arası turizmlə əlaqədar isə dəmiryolu nəqliyyatı xüsusi çəkiyə malikdir. Ona görə də Azərbaycanda sərhədlərin bağlı olmasının turizmə təsirini müzakirə edərkən mütləq şəkildə gələn turistlərin və potensialların hansı ölkələrdə olmasını araşdırılmasına ehtiyac var. Sadəcə olaraq beynəlxalq səviyyədə turizmin qiymətləri 2023-cü ildə artıb".

Ekspert əlavə etdi ki, Avropa üzrə biletlərin qiyməti 35 faiz artıb, Asiya biletlərində isə 23 faiz artım var: "Amma Azərbaycanda ötən illər qiymətlərin kifayət qədər yüksək olması və bu il fərqli qiymət strategiyasının aparılması səbəbindən ölkəmizdə deyilən səviyyədə qiymət artımları olmayıb. Bütün bunlarla bərabər quru sərhədlərin bağlı olması regionlarda turizmə daha çox təsir göstərir. Ona görə ki regionlarda lazımi səviyyədə hava limanları yoxdur. Quru nəqliyyat bağlıdırsa, insanlar təyyarədən istifadə edir, hava nəqliyyatı da Bakıdadır. Ona görə turistlərin 80 faizi Bakıda qalır. Regionlarda turizmin yalnız 20 faiz olmasının əsas səbəbi isə nəqliyyat deyil. Əsas səbəbi məhz turizm infrastrukturu və əyləncə imkanlarının olmamasıdır. Daha sonra isə hava nəqliyyatı imkanlarının regionlarda məhdudluğudur.

O ki qaldı, optimal qiymətlərin olmasına, nəqliyyat xərclərinə avtomobilin icarəsi, benzin, rüsumlar, parkinq haqları daxildir. Amma hava nəqliyyatında bunlar yoxdur. Quru sərhədin açıq olması o demək deyil ki, xərclər həddən artıq aşağı düşəcək. Turizmdə zaman kəsiyi çox önəmlidir. Hava nəqliyyatından istifadə turistlər üçün daha çox zaman qazandırdığına görə də hava nəqliyyatının xüsusi çəkisi artır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2407   Tarix: 11 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr