Saatlıq minimum əməkhaqqı NARAHATLIĞI: Azərbaycanda ehtiyac meyarı 400 manata QALDIRILIR? - AÇIQLAMA
Minimum əmək haqqı qanunla işçilərə verilə bilən ən aşağı maaşdır. Minimum əməkhaqqı alan şəxslər üçün bu məbləğin artırılması hər zaman maraq yaradır. Bu məbləğ qanunla müəyyən olunduğu üçün işəgötürənlər işçilərinə bu məbləğdən az maaş verə bilməzlər. Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı xəbərini vermişdik. Bu təklif vətəndaşlar arasında bir sıra narahatlıqlara səbəb olub. Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Minimum ehtiyac meyarı isə 270 manat məbləğindədir. Baş verən proseslər fonunda Azərbaycanda minimum ehtiyac meyarı 400 manata qədər artırıla bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekpsert, hüquqşünas Əkrəm Həsənov deyib ki, məsələ ilə bağlı heç bir narahatlığa əsas yoxdur:
"Bu gün mövcud ehtiyac meyarı qiymət dəyişikliklərinə və inflyasiyaya uyğun olaraq hesablanır. Əlbəttə ki, sözgedən məbləğ artırıla bilər. Amma bildiyimiz kimi, Azərbaycanda saatlıq minimum əməkhaqqı ehtiyac meyarına və maaşlara təsiri olmayacaq. Əksinə bir hal baş verə bilər. Azərbaycanda minimum ehtiyac meyarı 270 manatdır. Minimum əməkhaqqı isə 345 manat məbləğindədir. Göründüyü kimi, minimum əməkhaqqı ehtiyac meyarından yüksəkdir. Saatlıq minimum əməkhaqqına keçid fonunda bu işçinin xeyrinə dəyişə bilər. Burada düzgün mexanizmin qurulması şərtdir. Həftədə 40 iş saatı var və bunlar bölünəcək. Düzgün iş qurulacağı təqdirdə işçinin xeyrinə ola bilər. Çünki elə aylar var ki, orada bayram günləri var. Bu baxımdan hər hansı bir problem görmürəm. Ehtiyac meyarının buna görə artırılması isə gözlənilən deyil. Bu gün Azərbaycanda ehtiyac meyarı və minimum əməkhaqqı arıtırılmalıdır. Amma bu tətbiqin ehtiyac meyarına təsiri olmayacaq. Bu baxımdan heç bir narahatlığa əsas yoxdur".
Qeyd edək ki, sözügedən qərar Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi barədə təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Dəhşətli bir qış gəlir - Havalar...
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?
Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ