Qarabağ Universitetinə qəbul planı təsdiqlənib, təhsil ödənişsiz olacaq
Qarabağ Universitetinə qəbul planı təsdiqlənib.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".
E.Əmrullayev əlavə edib ki, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərinə iş gedir: "Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək. Ali təhsil müəssisəsinə rektor təyinatı hələ olmayıb".
Nazirin sözlərinə görə, universitetə üç proqram rəhbəri qəbulu artıq bitib və bu həftə ərzində nəticələr açıqlanacaq: "Yerli ali təhsil müəssisələrinin müəllim heyəti ilə mübadilə olacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 879 Tarix: 13 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri
13 sentyabrAzərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"
14 sentyabrMəhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı
14 sentyabr"Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət
Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə
14 sentyabr