Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu - FOTO

Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu - FOTOQəbələ Rayon Məhkəməsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim anestezioloq-reanimatoloqu Vahid Babayevə hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, V.Babayev İsmayıllı sakini, 1990-cı il təvəllüdlü Murad Süleymanlının əməliyyat vaxtı ölməsinə görə təqsirli bilinib.

Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilən həkim məhkəmədə bildirib ki, hadisənin baş verdiyi gün rəsmi iş günü olmayıb. O, əməliyyatda anestezioloq kimi Telman və Azər adlı həkimlərin iştirak etdiyini, daha sonra ondan kömək istənildiyini deyib. Həkim yoldaşlarına kömək etmək məqsədilə əməliyyat otağına daxil olan 69 yaşlı Vahid Babayev kritik durumda olan xəstəyə kömək üçün ona əlavə narkoz verdiyini, həyatda qalması üçün əlindən gələni etdiyini bildirib.

Murad Süleymanlının qardaşı Orxan Süleymanlı isə qardaşının ölümünə Telman və Azər adlı anestezioloqlarla yanaşı, onu əməliyyata götürən Elşad adlı cərrahın da səbəb olduğunu deyib. O, Vahid Babayevin yaşı ilə əlaqədar önə verildiyini, əsl günahkarın digər həkimlər olduğunu iddia edib:

"Qardaşım vəfatından bir gün əvvəl Elşad həkimin qəbulunda olub, qasıq yırtığı və ödündə olan daşla əlaqədar əməliyyat olunmaq istədiyini bildirib. Bununla bağlı analizlər verib. 13 yanvar 2023-cü il tarixində saat 16:00-a qədər Qəbələ rayonunda olduq. Sonra Elşad qardaşımı çağıraraq bir gün sonra, yanvarın 14-ü əməliyyat olunacağını bildirib. Səhəri gün qardaşım anam və atamla birgə xəstəxanaya gedib. Həkim dərhal qardaşımı əməliyyat otağına göndərib. Elşad həkim əməliyyat zamanı orada olmayıb. Yalandan yazıblar ki, guya əməliyyat vaxtı orada olub. Guya qardaşımın ölümünə səbəb kimi onun kök olması və boynunun daralması göstərilib, lakin elə bir hal olmayıb.
Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu - FOTOFotoda: Murad Süleymanlı

Bir müddət sonra Elşad həkim valideynlərimi çağıraraq qardaşımın ölümü barədə xəbər verib. Yalnız Vahid həkimin təqsirkar kimi göstərilməsindən narazıyıq. Necə olur ki, Telman həkim narkoz vuran kimi səhhəti pisləşib və əməliyyatı tərk edib? Dəhlizdə olan kameraların çəkdikləri də üzə çıxmayıb. Biz Elşad həkimdən şikayətçiyik. Atam əməliyyatdan əvvəl Elşad həkimdən əməliyyatın necə keçəcəyini soruşub, o da çox asan olacağını bildirsə də, 1 saatdan sonra ölüm xəbərini verib. Vahid doktorun yaşı çoxdur deyə onu təqsirli biliblər. Əməliyyatda iştirak edən həkimlərin işdən çıxarılmasını, qardaşımın ölümünə səbəb olanların hamısının cəzalandırılmasını tələb edirik".

Şahid kimi ifadə verən cərrah Elşad Salihovun Murad Süleymanlının ölümündən sonra Qəbələdə xəstəxanadakı işini tərk etməsi və Bakıda cərrah kimi çalışması məlum olub. O, ifadəsində bildirib ki, həmin əməliyyat otağına daha daxil ola bilmədiyi üçün Qəbələdəki iş yerini tərk edib. Bundan başqa, əməliyyat zamanı Elşad Salihovun Rusiyada həkim kimi çalışan oğlunun da əməliyyat otağında olması məlum olub.

Qəbələ Rayon Məhkəməsi Murad Süleymanlının ölümünə görə həkim anestezioloq Vahid Babayevi təqsirli bilərək ona 3 il azadlıqdan məhrumetmə cəzası verib. Həkimin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd edilib.

Xatırladaq ki, ailəli olan Murad Süleymanlının 2 uşağı var. O, biznes fəaliyyəti ilə məşğul olurmuş.
Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu - FOTOFotoda: Elşad Salihov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1737   Tarix: 13 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr