Suriyada azərbaycanlılara təlimi kim keçir? - Nüfuzlu mərkəz şok hesabat yaydı

Suriyada azərbaycanlılara təlimi kim keçir? - Nüfuzlu mərkəz şok hesabat yaydıDemokratiyanın Müdafiəsi Fondunun (Foundation for Defense of Democracies ) tədqiqatçıları Eyal Hulata və Natalie Ekano "National Attendance"(ABŞ) və "Al-Arab" (Britaniya) nəşrlərində "Hüseyniyyun" terror qruplaşması haqda hesabat dərc edib. Hesabatda deyilir ki, İran Yaxın Şərqdəki vəkalətçi qüvvələrindən (proksilərdən) siyasi qazanc əldə etmək və geosiyasi təsir tənliyində yer almaq üçün istifadə edir. İran məhz proksilər vasitəsilə İsraili "atəş halqası"na alıb, sərhəd boyu İsrailə zərbələr endirməyə hazır olan qüvvələr formalaşdırıb. Livanda İranın dəstəklədiyi "Hizbullah" hökm sürür, Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək ölkəni SEPAH-ın əsas bazasına çevirə bilib. İraqda İran tərəfindən dəstəklənən qüvvələr Bağdadın suverenliyinə xələl gətirir. İranın dəstəklədiyi qüvvələr Pakistanda zorakılığı qızışdırır. Şimal-qərbdə İran agentləri Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər. Yaxın Şərqdən Cənubi Asiyaya və Qafqaza qədər Tehran əli çatan hər yerdə zorakılıq və iğtişaşlar törədir, inqilabi rejim öz ideologiyasını bütün dünyaya ixrac etməyə çalışır.

Aprel ayında Pakistan SEPAH-ın başçılıq etdiyi və Pakistan vətəndaşlarından ibarət olan "Zeynəbiyyun briqadası"nı terror təşkilatı elan edib. Aydındır ki, iki ölkə arasında barışıq davam edə bilər, lakin İran Pakistanda və xaricdə problemlər yaratmağı dayandırmayacaq. "Zeynəbiyyun" əvvəlcə Tehranla müttəfiq olan Suriya prezidenti Bəşər Əsəd uğrunda döyüşmək üçün yaradılıb və Pakistan daxilində getdikcə fəallaşıb. İslamabad, briqadanın 2019-2021-ci illər arasında ölkə daxilində "terror fəaliyyəti ilə məşğul olduğunu" aşkar etdikdən sonra bir neçə silahlını həbs edərək çirkli pulların yuyulması ilə bağlı araşdırmaya başladı. Bəlli oldu ki, bu qrupla əlaqəli şəbəkə maliyyə dəstəyi ilə Pakistana və sünni əksəriyyəti olan Körfəz ölkələrinə qarşı açıq düşmən fəaliyyət göstərir.

Hesabatda deyilir ki, İranın Suriyadakı SEPAH bazalarında təlim keçənlər arasında etnik azərbaycanlılar da çoxdur, halbuki onilliklər ərzində Dağlıq Qarabağ münaqişəsində İran Azərbaycanı deyil, Ermənistanı dəstəkləyib. İran və Azərbaycan arasında gərginlik 2020-ci ildə ikincinin Qarabağı azad etməsindən sonra kəskinləşdi. Azərbaycan 2022-ci ildən bəri İranın dəstəklədiyi yerli şəbəkələrə qarşı kampaniyanı gücləndirib, müxtəlif pozucu fəaliyyətlərdə iştirak edən İran agentlərini, o cümlədən SEPAH tərəfindən dəstəklənən şəxsləri həbs edib.

2023-cü ilin aprelində "Azərbaycanda silahlı iğtişaşlar və konstitusiya quruluşunun zorakılıqla devrilməsi yolu ilə şəriət dövləti yaratmaq üçün İran kəşfiyyatı tərəfindən cəlb edilmə" ittihamı ilə "Hüseyniyyun" (Hüseynçilər) kimi tanınan Azərbaycan Müqavimət Hərəkatının 6 üzvü həbs edilib. Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, növbəti ay hüquq-mühafizə orqanları "hökumətin zorakılıqla devrilməsini və tanınmış simaların və yüksək vəzifəli məmurların öldürülməsini" planlaşdırmaq üçün Tehran tərəfindən cəlb edilmiş ən azı doqquz nəfəri həbs edib.

Müəlliflərə görə, Yaxın Şərqin praqmatik ölkələri İranın təhdidlərini görür və buna görə də bir-birlərinə qarşı inciklikləri bir kənara qoyub mümkün hərbi təcavüzə qarşı vahid komanda kimi birləşirlər Bu ilin martında Körfəz Əməkdaşlıq Şurası İranı üstüörtülü şəkildə pisləyən, Qərbi, sabitliyi pozan mənfi hallara qarşı birgə işləməyə çağıran "Regional Təhlükəsizlik Baxışı" nəşr edib. E.Hulata və N.Ekano iddia edir ki, ABŞ və bütün Qərb bu çağırışa qulaq asmalıdır. Onlar əlavə edirlər ki, beynəlxalq ictimaiyyət üçün çox gec olmadan İranın dağıdıcı kampaniyasına qarşı çıxmaq, nüvə ambisiyalarını dayandırmaq, ballistik raket proqramını cilovlamaq və terror fəaliyyətini dayandırmaq vaxtıdır.

Qərbdəki İran, erməni və yunan lobbiləri İran proksilərinin yarada biləcəyi təhlükə haqda Azərbaycanın xəbərdarlıqlarını şişirtmə, Qərb ictimai rəyi üçün manipulyasiya olduğunu iddia edilir. Bu günlər Qərbdəki bəzi qurumların, o cümlədən ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) hesabatında İrana bağlı dini qruplaşma üzvlərinin həbsləri də dini azadlığın təqibi kimi təqdim edilir. Nüfuzlu mərkəz tərəfindən hazırlanmış hesabatın işıq üzü görməsi bu iddialara da cavabdır: təhdidlər realdır, Qərbin düşüncə mərkəzləri tərəfindən də etiraf olunur, amma nədənsə rəsmi qurumlar ortaya fərqli mövqe qoyurlar. (Publika.az)
Suriyada azərbaycanlılara təlimi kim keçir? - Nüfuzlu mərkəz şok hesabat yaydı


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 982   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun