Ölkə ərazisində yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA + FOTO
Son günlər yağan yağışlar bir çox çaylarda sululuğun artmasına, bəzi bölgələrdən sel keçməsinə səbəb olub.
Hava şəraitinin kəskin dəyişməsi və hansı çaylardan sel keçməsi ilə bağlı Milli Hidrometeorologiya Xidmətinə sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova cavablandırıb.
G.Məmmədova bildirib ki, bir neçə gündür ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunmasının səbəbi şimaldan hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.
"Bölgələrimizdə şimşək çaxıb, arabir yağış yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli və intensiv olub. Şahdağda isə qar yağıb.
Yağan intensiv yağış nəticəsində respublikanın çaylarında sululuq artıb. Belə ki, Girdimançay (İsmayıllı), Kürmükçay (Qax), Dəmiraparançay( Qəbələ), Balakənçay (Balakən) çaylarından qısamüddətli sel keçib", - deyə G.Məmmədova bildirib.
O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 17-si axşamadək fasilələrlə davam edəcək.
Sorğumuzu həm də Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladıq.
Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gün axşam baş verən sel hadisəsi ilə bağlı FHN-ə hər hansı müraciət daxil olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1035 Tarix: 14 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Filippində 6.4 bal gücündə zəlzələ baş verib
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet
26 iyunİlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub
29 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyul34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyun