Milyonları başından aşır, amma hərf tanımır... - Şərurlu İsfəndiyar kimdir?

Milyonları başından aşır, amma hərf tanımır... - Şərurlu İsfəndiyar kimdir?"Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) deputatlığa namizədliklə bağlı açıqlaması marağa səbəb olub.

Belə ki, iş adamı savadsız olduğunu, bu səbəbdən deputatlıq mandatını qətiyyən istəmədiyini etiraf edib:

"Deputat olmaq fikrim yoxdur. Allah eləməsin. Mənim öz işim var, öz işimi görürəm. Gedib parlamentdə səhv danışaram, savadsız adamam, oxumamışam. Camaatı, dövləti aldadım?"

Bəs milyonları başından aşan biznesmen niyə hərf tanımır?

Yenisabah.az Şərurlu İsfəndiyarla bağlı faktları təqdim edir:

"Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov özü dəfələrlə mühahibələrində orta məktəb oxumağını etiraf edib. Belə ki, vaxtilə iş adamının atası Ermənistandan sürgün edilib, daha sonra müharibəyə göndərilib. Geri dönüb ailə qurub övlad sahibi olduqda isə onun artıq 50 yaşı olub və 8 övladını çətinliklə böyüdüb. Bu səbəbdən İsfəndiyar Axundov və əksər qardaş-bacıları təhsil ala bilməyiblər.

Buna baxmayaraq, onun övladları və nəvələri ali təhsillidirlər, nəvələri ABŞ-da məktəbdə oxuyub və universitet təhsilini də orada bitirib.

İş adamı müsahibələrində "dərsə getməməyin acısını çəkmişəm, ona görə də istəyirəm ki, gələcək nəsil ali təhsilli olsun" - deyə, açıqlama verib.

İ.Axundov Binəqədidə yaşayan bir neçə imkansız tələbələrin təhsil haqlarını ödəyib.

Buna baxmayaraq, iş adamın övladlarının adı tez-tez qamaqallarda hallanır. İllər öncə iş adamının oğlunun universitetə 650 min dollarlıq maşınla getməsi barədə xəbərlər yayılaraq müzakirələrə səbəb olmuşdu.

Daha sonra biznesmen özü də bu faktı təsdiqləmişdi: "Lamborghini" də var, "Ferrari" də, lap hələ "Bentley" də. Cavan adamdır. İstəyir, sürsün də. Biz işləyirik və qazanırıq. Mənim özümün də maşınım "Lexus"du.

Tikinti maqnatının oğlanları Allahverdi və Şahin Axundovlar sosial şəbəkələrdə "200" seriyalı lüks maşınların fotolarını paylaşaraq gündəmə gəlmişdilər. Qardaşların "Bentley" kolleksiyası daim mətbuatın gündəmində olub.

Onların içərisində "Lamborghini Aventador", "Ferrari 458 Speciale", "Mercedes", "Maseratti", "Audi" və qeyd etdiyimiz kimi, "Bentley" vardı. Bu maşınların start qiyməti 300 mindən başlayır və 800 minə kimi qalxır.

Ümumiyyətlə Azərbaycanda nömrəsi 200-lə bitən bahalı maşınların hamısı Axundovlar ailəsinə məxsusdur.

Şərurlu İsfəndiyarın taleyi göstərir ki, Azərbaycanda yaxşı yaşamaq üçün yaxşı oxumaq vacib deyil...


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2184   Tarix: 15 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun