İsi Mustafayev bədbəxt hadisə barədə məlumat verməməkdə ittiham olunur

İsi Mustafayev bədbəxt hadisə barədə məlumat verməməkdə ittiham olunur"Azərpoçt" MMC-nin İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev cərimələnib.

32gun.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İsi Mustafayevə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə cərimə yazıb.

Bu maddə İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi ilə bağlıdır.

İsi Mustayafevə qarşı irəli sürülən ittihamdan belə aydın olur ki, "Azərpoçt"da hansısa bədbəxt hadisə baş verib və qurumun rəhbərliyi bu barədə Dövlət Əmək Müfəttişliyinə məlumat verməyib.

Olayın detalları barədə məlumat yoxdur.

555.1-ci maddədə min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.

İsi Mustafayev dövlət qurumunun qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.

Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

İş hakim Xalidə Əlisoyun icraatındadır.

İsi Mustafayev 2000-ci ildən başlayaraq müxtəlif şirkət və banklarda iqtisadçı, departament direktoru kimi aparıcı vəzifələrdə işləyib.

2021-2022-ci illərdə "Azərpoçt" MMC-nin Baş direktor müavini vəzifəsini icra edib.

2023-cü ildən "Azrəpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası ona həvalə edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3515   Tarix: 15 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və "Aviasiya haqqında"

14 sentyabr
.

Yeni tədris ilində neçə nəfər təhsil alacaq?

"2026-2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, onların 124 mini birinci sinifdə təhsilə başlayacaq: "Təhsi

14 sentyabr
.

Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmək müqaviləsi il

13 sentyabr
.

Suverenliyin bərpasından yeni dövlətçilik mərhələsinə: Azərbaycan qarşısında tarixi məsuliyyət

Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin yalnız müəyyən bir hadisəsini xatırladan təqvim günü deyil. Bu tarix dövlətçilik anlayışının mahiyyətini, müstəqilliyin hansı mərhələlərdən keçərək möhkəmləndiyini və Azərbaycanın qarşısında dayanan yeni strateji vəzifələri dərk etmək baxımından mühüm siyas

14 sentyabr
.

Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"

Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs arta

13 sentyabr
.

Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA

Distant təhsilin genişlənməsi ilə ənənəvi əyani təhsilin effektivliyi ilə bağlı müzakirələr də aktuallaşıb. Əyani təhsil zamanı müəllim və şagird arasında birbaşa ünsiyyət, sinif mühiti və operativ nəzarət üstünlük yaratsa da, distant təhsil də çeviklik və texnologiyalardan istifadə baxımından müəyyə

14 sentyabr
.

"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK

Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"

13 sentyabr
.

33 dərəcə isti, yağış, külək... - Sabahın havası

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, havanın temperaturu gecə 18-21 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi 76

13 sentyabr
.

Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA

Vərəsəlik zamanı söhbət yalnız mərhumun əmlakının bölüşdürülməsindən getmir. Bəzən mirasla yanaşı, mərhumun banka, fiziki şəxslərə və ya digər şəxslərə olan borcları da vərəsələrin qarşısına çıxır. Bəs miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı?. Mövzu il

14 sentyabr