Azərbaycanda kurikulum təhsili LƏĞV OLUNUR? - AÇIQLAMA

Azərbaycanda kurikulum təhsili LƏĞV OLUNUR? - AÇIQLAMAKurikulum təhsil sistemi daha çox fənyönümlü və ya şəxsiyyətyönümlü standartlarını özündə əks etdirir. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini özündə əks etdirir. Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Nəzəriyyəyə baxsaq, bu standartlar ideal bir təhsil sistemidir. Bəs Azərbaycanda bu təhsil sistemi nə dərəcədə qane edir? Bu gün Azərbaycanda kurikulum təhsil sistemi və onun tətbiq mexanizmi bir çox şagirdlərin, o cümlədən valideynlərin ciddi narazılığına səbəb olur. Bu gün tələbələr demək olar ki, hər gün imtahan verir. Eyni zamanda dərs vəsaitlərinin çətinliyi və ev tapşırıqlarının çoxluğu vəziyyəti daha da qəlizləşdirir. Bu gün bir sıra ekspertlər Azərbaycanda təhsil sisteminin yüngülləşdirilməsini düşünür. Proselərin fonunda və edilən narazılıqları diqqətə alaraq Azərbaycanda kurikulum təhsil sistemi ləğv edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, Nəzəri və kağız üzərindəki standartlar baxımından kurikulum gözəl bir təhsil sistemidir. Belə ki, o şəxsiyyət yönümlü tədrisi öz qarşısında məqsəd qoyur. Kurikulum yaddaş və təfəkkür dərsindən keçməyi, şagirdlərdə analitik bacarığını, öyrəndikləri bilikləri praktikada tətbiq mexanizmi kimi qarşıya məqsəd qoyan bir təhsil metodudur:Azərbaycanda kurikulum təhsili LƏĞV OLUNUR? - AÇIQLAMA"Biz də neçə illərdir təhsil sistemimiz kurikulum üzərində qurulub. Amma reallıqlar və kağız üzərində yazılanlar tamam başqa müstəvidədir. Bu o qədər ürəkaçan deyil. Şəxsən mən kurikulum sisteminin tərəfdarı və lazım gələrsə təbliğatçılarından biriyəm. Amma söhbət burada əsl kurikulumdan gedir. Kurikulum sinif otaqlarında paltarların yerinin dəyişdirilməsi yaxud texniki bir dəyişiklik deyil. Kurikulum məzmun dəyişikliyidir. Kurikulum təhsilə olan yanaşmanın və baxışın dəyişimidir. Əsas bu olmalı idi. Bizim bu istiqamətdə çox güclü müəllim ordumuz yetişməlidir. Bizim çox geniş müəllim ordumuz var və onların sayı 150 mindən çoxdur. Amma bu günləri onların neçə faizi şəxsiyyət yönümlü tədris prosesi keçmək gücündədir? Bu çox narahatedici sualdır. Cavabı isə o qədər ürəkaçan olmayacaq".

Ekspertin sözlərinə görə, Azərbaycanda kurikulumun ləğvindən söhbət gedə bilməz. Çünki dünya təhsili, 21-ci əsr, bu gün və sabahın reallığı buna imkan verməz. Bu günün və sabahın reallığı bizi əvvəlki təhsil standartlarına qayıtmağa qətiyyən qoymayacaq. Bu gün standartlara nə dərəcədə əməl edib yaxud etmirik fərqi yoxdur:

"Dövr, zamanın tələbləri bəzən bizim yerimizə qərar verir. Bu kurikulum təhsil sisteminin olacağına və daha da təkmilləşməsinə bir cavabdır. Amma necə təkmilləşəcək və nə dəyişiklər olacaq? Bu bir qədər qəliz sualdır. Dəyişiklik məqamına gəlsək, əlbəttə ki, mütləq bir dəyişiklik olacaq. Amma necə və nə zaman olacaq? Bu ayrı bir mövzudur. Mən əminliklə deyə bilərəm ki, dəyişikliyə ehtiyac yoxdur. Çünki hazırkı kurikulum standartları bizim üçün yetəri qədərdir. İndiki kurikulum standartları və şəxsiyyət yetişdirmə mexanizmi, tətbiq keyfiyyətləri yetəri qədərdir. O qədər yetərlidir ki, biz hələ də onillərdir ki, ona çata bilmirik. On ildən çoxdur kurikulum tətbiq olunur və biz onun standartları ilə ayaqlaşa bilmirik. Ləğvindən söhbət gedə bilməz. Düşünürəm ki, əlavə dəyişikliyə ehtiyac yoxdur. Müəyyən qədər yumşalma ola bilər. Şəxsən bu yumşalmanın olmağını mən istəmirəm. Yumşalma olsa belə nə edəcəyik? Kurikulum təhsil sistemini şəxsiyyət yönümlü meyarına çıxaracağıq? Əlbəttə ki, yox. Biz sadəcə özümüz inkişaf etməliyik. Standartlar ilə ayaqlaşmanın yeni metodlarını tapmalıyıq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 9843   Tarix: 15 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun