"Unibank" borcu olanları təhqir edir

"Unibank" borcu olanları təhqir edir"Unibank"ın əməkdaşları banka kredit borcu və ya gecikməsi olan şəxslərlə hədə-qorxu dilində danışır. Bu problemlə bank müştərisi olan İlkin İsmayılov üzləşib.

Tribunainfo.az xəbər verir ki, banka olan borcunu bir neçə aydın döəyə bilməyən və bu barədə də bankı məlumatlandıran İ.İsmayılova bankın Fərid adlı müştərisi hədə qorxu gələrək onu təhqir edib. Şikayətçi bu barədə sosial şəbəkə hesabında yazıb:

"14.05.2024-cü il tarixdə saat 15:10 radələrində mənim mobil nömrəmə 055 515 48 13 nömrəsindən zəng gəldi. Telefona cavab verirəm və dialoqu olduğu kimi təqdim edirəm:
Fərid: Salam İlkindir danışan?
Mən: Salam bəli, kim idi?
Fərid: Unibankdan zəng etmişəm, sənə neçə dəfə zəng edirəm zənglərimə cavab vermirsən.
Mən: qardaş keçən ay danışdım da sizlə, sizin bir əməkdaşınız mənə zəng etmişdi.
Fərid: yalan deyirsən, neçə aydır sənə zəng edirəm cavab vermirsən, 184 gün gecikmən var ödəmirsən, ola bilsin başqa əməkdaş zəng edib sənə.
Mən: qardaş keçən ay bu nömrədən zəng gəldi danışdım vəziyyəti başa saldım əməkdaşa. Bildirdim ki, səhhətimdə problemlə əlaqədar neçə aydır xəstəxanalardayam və keçən ay da əməliyyat olmuşam. Özümdə xəstəyəm, imkanım da yoxdur sizin ödənişi edim. Ona görə də verin məhkəməyə problem deyil, məhkəmə maaşıma yönləndirsin hər ay maaşımdan tutular.
Fərid: gözlə baxım, hə danışmısan, verin məhkəməyə ailə problemlərin var, boşanmısan aliment falan ödəyirsən, verin məhkəməyə. Gülərək sən xoşbəxt insansan ki sənin işin məhkəmələrdədir.
Mən: sən məni təhqir edirsən? Başa düşmədim sən təhqir edirsən məni?
Fərid: mən səni təhqir etmədim.
Mən: sən ironiya və ələ salaraq o sözü mənə işlətdin. Təhqir deyilsə o zaman hansı mənada söylədin?
Fərid: sən o sözü təhqir kimi qəbul elədinsə elə o təhqirə layiqsən.
Mən: sənə kim ixtiyar verib müştəri ilə belə danışırsan? Sən kimsən? Özünü təqdim elə görüm. Alo, eşidirsən məni? (qarşı tərəf telefonda məni ələ salıb başqa səs çıxarır və gülür). Alo…
Fərid: adım Fərid, neynirsən adımı? Sənə deyirəm niyə ödənişi etmirsən?
Mən: qardaş sən kimsən mənimlə belə tərzdə danışırsan? Sənə kim ixtiyar verib?
Fərid: sən yaxşı oğlan olsaydın söz verib sözünün üstündə durardın. Dekabr ayında söz vermisən ki, gətirib ödəyəcəm, amma kişi kimi sözünün üstündə durmadın.
Mən: ay qardaş, mən də deyirəm problemlərim oldu, ona görə ödəmədim. Belə də verin məhkəməyə ödəmirəm, məhkəmə alsın ödənişləri məndən.
Fərid: narahat olma, məhkəməyə verəcəyik. Sənin oğlanlığın olsaydı, sözünün üstündə durardın.
Mən: yerini denən gəlirəm, sənə oğlanlığımı sübut edəcəm. Sumqayıtdakı filialdasan? Gəlirəm, kişisənsə çıx üzbəüz mənlə söhbət elə.
Fərid: mən yer kürəsində otururam. Baş ofisdə otururam gəl, gəlməyənə mən yaxşı söz deyəcəm. Gəl üzümə denən sözünü. Sənin kişiliyin çatmaz üzümə nəsə deyəsən. Sənə bir iki kəlmə söz deyərdim…
Mən: denən səs yazını məhkəmədə verim səni süründürüm, yalvararsan mənə, üzr istəyərsən məndən.
Fərid: bir iki kəlmə deyəcəkdim elə bu hərəkətinə görə demirəm sənə heç nə. Sən məni məcbur edirsən, amma mən sənə heç nə deməyəcəm.
Mən: mən sənlə görüşüb söhbət edəcəm, görüm telefondakı kimi realda belə şir olacaqsan?
Telefonu söndürdüm. Deməyim budur ki, "Unibank" öz içlərində "LOTU"lar yetişdirib müştərilərinin üstünə salırlar. Amma bizim kimi müştərilər o "LOTU"ların iş ünvanına gedəndə həmin telefon şirləri qorxularından çölə çıxmırlar və müdürlərini irəli verib üzr istədirlər. Mən bu barədə Mərkəzi Banka və president.az saytında cənab Prezidentimizə bankların fəaliyyəti ilə bağlı bölümündə bu şikayətimi bildirdim. Əminəmki həmin əməkdaş tutduğu vəzifədən azad ediləcək və mənə geri dönüş edərək məndən üzr istəyəcək".

Qarşı tərəfin mövqeyini işıqlandırmağ hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6911   Tarix: 15 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021