Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq
"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur.
Bununla bağlı Sonxeber.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına "milli" statusunun verilməsi həmin teatrların adında və fəaliyyətində özünü göstərəcək.
Hər iki teatra "milli" statusunun verilməsi "Teatrlara "akademik" və "milli" statusunun verilməsi Qaydası"na uyğun olaraq qərara alınıb.
Teatrlara "milli" statusu onların milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, uzun illər səmərəli fəaliyyəti, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri, 10 illik proqnoz göstəriciləri və digər meyarlar nəzərə alınmaqla Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən verilib.
Bununla bərabər, status alan teatrların adına "milli" sözünün əlavə edilməsi də nəzərdə tutulur. Bu, mövcud qaydalara uyğun həyata keçiriləcək. Teatrların adları bundan sonra Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Milli Dram Teatrı şəklində qeyd ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA