"5 ay hər gün onun yeməyinə zəhər qatdı və sonda..."-İbrətamiz gəlin-qayınana hekayəti...

"5 ay hər gün onun yeməyinə zəhər qatdı və sonda..."-İbrətamiz gəlin-qayınana hekayəti..."Zaman keçdikcə Aliyə çox aqressivləşdi və qayınanasına nifrət etməyə başladı. Bu minvalla o, qayınanasından necə qurtulacağı düşüncələrinə kökləndi..."

"Ata bir ağ tozu qızına gətirib dedi: "Hər gün nahar və ya şam yeməyi bişirəndə qayınananın yeməyinə bu tozdan bir çimdik əlavə et. Zəhərin miqdarı az olduğundan o tez ölməyəcək, yavaş-yavaş öləcək..."

Azərbaycan kimi milli ailə institutuna sadiq qalmağa çalışılan ölkələrdə qayınana-gəlin münasibətləri cəmiyyətin daim gündəmdə olan problemlərindəndir. Bu problemin həllini tapa bilməmək ucbatından neçə-neçə ailələr dağılır, övladlar ata-ana arasında çaş-baş qalaraq həyatlarının müsbət vektorunu itirirlər. Halbuki, hər kəsin bir azca səbir, təmkin, iradə və nəciblik nümayiş etdirməsi kifayətdir ki, hər şey öz yoluna düşsün və ailə öz xoşbəxt həyatını davam etdirsin...

Moderator.az aktuallığını nəzərə alaraq bu günlərdə "İslamtoday" nəşrində Muhsin Nurulla adlı yazarın müəllifliyi ilə dərc olunmuş "Gəlin və qayınana: xoşbəxt sonluqla bitən dəhşətli hekayə" başlıqlı ibrətamiz hekayəti dəyərli oxucuların müzakirəsinə buraxır:

"Aliyə ailə qurub, ərinin ailəsi ilə yaşamağa başladı. Lakin bir neçə gündən sonra o, qayınanası ilə anlaşa bilməyəcəyini başa düşdü. Aliyənin qayınanası mühafizəkar əqidəli, Aliyə özü isə həyata müasir baxışlara sadiq idi. Tezliklə onların hər ikisi düşüncə və həyat tərzi fərqinə görə mübahisə etməyə başladılar...

Günlər, aylar keçdi, amma heç biri davranışını dəyişmək istəmirdi. Zaman keçdikcə Aliyə çox aqressivləşdi və qayınanasına nifrət etməyə başladı. Bu minvalla o, qayınanasından necə qurtulacağı düşüncələrinə kökləndi...

Bir gün qayınanası ilə mübahisə edəndə əri də anasının tərəfini tutanda o əsəbiləşib atasının evinə getdi...

Aliyənin atası kimyaçı idi və qız ərinin evində baş verən hər şeyi ona danışdı. O, atasına yalvarmağa başladı ki, ona bir az zəhər versin ki, qayınanasından birdəfəlik xilas olmaq üçün onun yeyəcəklərinə qatsın. Atanın qızına yazığı gəldi, amma onun bu qərarına təəssüfləndiyini bildirərək dedi: "Bu, doğru deyil. Üstəlik, qayınananı zəhərləsən, sən də, mən də həbsxanaya düşəcəyik..."

Ancaq Aliyə nə qulaq asmağa, nə də düşünməyə hazır idi. Nəhayət, atası təslim oldu və ona dedi: "Yaxşı, necə istəyirsən. Amma mən səni həbsdə görmək istəmirəm, sən dediyim kimi et". Aliyə razılaşdı...

Ata bir ağ tozu qızına gətirib dedi: "Hər gün nahar və ya şam yeməyi bişirəndə qayınananın yeməyinə bu tozdan bir çimdik əlavə et. Zəhərin miqdarı az olduğundan o tez ölməyəcək, yavaş-yavaş öləcək. Bir neçə aydan sonra öləndə isə insanlar onun təbii səbəblərdən öldüyünü düşünəcəklər..."

Ata qızına həm də bu tövsiyəni etdi: "Madam ki, heç kimin səndən şübhələnməsini istəmirsən, bu gündən etibarən sən qayınanan ilə qətiyyən mübahisə etməyəcəksən, əksinə, ona qarşı çox qayğıkeş olacaqsan. Hətta o, sənə əsəbi bir şey desə, belə, sən ona qarşı kobudluq etməyəcək və nəzakətli olacaqsan..."

Aliyə bir neçə aydan sonra qayınanası ilə dava-dalaşdan tam qurtulacağını düşünərək deyilənlərlə razılaşdı. O, atasının məsləhəti ilə hər gün zəhərli tozu qayınanasının yeməyinə qarışdırmağa başladı. Qayınanası nə vaxtsa nəsə deyəndə ona qarşı nəzakətli, qayğıkeş davranırdı. Zaman keçdikcə qayınananın xarakteri də dəyişdi. Aliyə çox qayğıkeş olduqca o da ona qarşı sevgi göstərməyə başladı...

Aliyə tozu qayınanasının yemək-içməyinə qarışdırmağa başlayandan 5 ay keçsə də, evdə ab-hava dəyişmişdi. Aralarında dava-dalaş olmur, hər ikisi qonşularla söhbət edərkən bir-birini tərifləyirdi. Bu gedişlə onlar bir-birlərinə ana və qız kimi çox bağlanırdılar...

Bu dəfə Aliyə narahat olmağa başladı, fikirləşdi ki, hər gün verdiyi zəhərli tozdan qaynanası tezliklə ölə bilər. O, atasının evinə qaçdı və ona dedi: "Ata! Xahiş edirəm, verdiyin o zəhərli tozun təsirinin qarşısını almaq üçün mənə onun antidotunu, panzəhərini ver! Qayınanamı itirmək istəmirəm, o, mənim üçün ana kimi olub və mən onu çox sevirəm".

Atası gülümsəyərək dedi: "Qızım, nə zəhər? Mən sənə sadəcə adi dadlandırıcı vermişdim!.."

Hekayənin qayəsi:

Hər bir insan fərqlidir. Bəzən bu, müxtəlif fikir ayrılıqlarına səbəb ola bilər. Bununla belə, biz bir-birimizi anlamağa cəhd göstərməli, bir-birimizlə sağlam münasibətlər qurmaq üçün ümumi dil tapmağa çalışmalıyıq. Ailədə fikir ayrılıqları yarandıqda isə yaxınların vəzifəsi dincliyin qorunmasına kömək etmək və dalaşanları doğru yola yönəltməkdir…"


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1206   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun