Suverenliyin bərpası istiqamətində növbəti addım: Dəqiqliklə icra olunan PLAN

Suverenliyin bərpası istiqamətində növbəti addım: Dəqiqliklə icra olunan PLANAzərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər. Bu barədə baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb. Bildirilib ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub. Mayın 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən nəzarətə götürülüb.

Mayın 24-də işğaldan azad edilən dörd kənddə Azərbaycanın Dövlət bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib. Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Suverenliyin bərpası istiqamətində növbəti addım

Qeyd edək ki, 30 ildən artıq işğal altında qalmış sözügedən kəndlərin geri qaytarılması Azərbaycanın suverenliyinin bərpası istiqamətində yürütdüyü siyasət və atdığı addımların növbəti uğurlu təzahürüdür. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın imza atdığı kapitulyasiya aktına əsasən, Ağdam, Kəlbəcər və Laçının döyüşsüz işğaldan azad edilməsi, ardınca antiterror tədbirləri ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarının suverenliyimiz altına qayıtması növbəti prosesin məhz bu zamana qədər işğal altında qalmış kəndlərimizlə bağlı olacağının göstəricisi idi.

Qazaxın kəndləri üzərində nəzarətin tam bərpa olunması bir daha Azərbaycanın doğru siyasət yürütdüyünü təsdiqləyir. 44 günlük müharibə ilə başlayan, antiterror tədbirləri ilə davam etdirilən suverenliyimizin tam bərpası prosesi dörd kəndin geri qaytarılması ilə yeni mərhələyə qədəm qoyub. Bu uğurların əsasında Azərbaycanın müstəqil siyasi kursu, hərbi və iqtisadi qüdrəti, beynəlxalq səviyyədə artan çəkisi və bölgənin lider dövləti olması, ən əsası isə sarsılmaz xalq-iqtidar birliyi dayanır.

"Bir qarış torpağımız belə, işğal altında qalmayacaq"

Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu məsələ 2020-ci il qələbəsindən dərhal sonra Bakının sülh gündəliyinin əsas prioritetlərindən biri olub. Ali Baş Komandanın "bir qarış torpağımız belə, işğal altında qalmayacaq" bəyanatı bu gün bir daha özünün rəsmi təsdiqini əməldə tapır. Hər şeyin vaxtında və dəqiq ölçülüb-biçilmiş zərgər dəqiqliyi ilə reallaşdırılması Azərbaycanın ali rəhbərliyinin yürütdüyü siyasətin məntiqi nəticəsidir.

İflasa uğrayan məkrli planlar

Qeyd edək ki, tarixi qələbəmizdən sonra istər sərhədlərin müəyyənləşdirilməsi, istərsə də sülh danışıqlarının nəticəsiz qalması istiqamətində kənar müdaxilələrin qarşısı səbir və təmkinlə alındı. Ermənistanı yenidən revanşizmə səsləyən, bölgədə separatizmi körükləməyə çalışan, işğal altında qalan kəndlərin geri qaytarılmasını əngəlləyərək vəziyyətin gərginləşməsini istəyənlərin planları Bakının dəmir siyasi iradəsi, uzaqgörən siyasəti və diplomatik gedişləri ilə ortadan qaldırıldı. Azərbaycan Prezidentinin irəli sürdüyü ikitərəfli danışıqlar formatı sülh prosesinin əsasını təşkil etdikdən sonra, İrəvan Bakının tələbləri ilə razılaşmaqdan başqa çarəsinin qalmadığını gördü. Prezident İlham Əliyevin bir cümləlik "bu kəndlər işğaldan dərhal azad olunmalıdır" xəbərdarlığı qarşı tərəfin Azərbaycanın tələbini gözardı etməyin onlar üçün nələrə səbəb olacağını anlaması üçün kifayət etdi.

İlham Əliyevin xalqımıza bayram hədiyyəsi

Mayın 24-ü həm də İlham Əliyevin növbəti müddət üçün prezidentlik fəaliyyətinə başlamasının 100-cü günü idi. Prezident kimi yeni dönəmə başlamamışdan öncə andiçmə mərasimində çıxışı zamanı qarşıya qoyulan hədəfləri açıqlayan dövlət başçısı qısa zaman kəsiyində bu istiqamətdə nə dərəcədə uğurlu addımların atıldığını öz əməli fəaliyyəti ilə göstərdi. Bir aydan az bir müddətdə dörd kəndin qaytarılması istiqamətində aparılan danışıqlar, Ermənistanla ilk dəfə olaraq dövlət sərhədinin bir hissəsinin rəsmən razılaşdırılması dövlət və milli maraqlarımıza əsaslanan bu fəaliyyətin ən bariz nümunəsidir.

Kəndlərimiz üzərində nəzarətin bərpası həm də 28 May - Müstəqillik Günü ərəfəsinə təsadüf edir. Bu səbəbdən bunu həm də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bayram hədiyyəsi kimi də qiymətləndirə bilərik.

Yeni inkişaf mərhələsi başlayır

İndi işğaldan azad edilən bu kəndlərimizlə bağlı yeni inkişaf mərhələsi başlayır. Yuxarı Qarabağ, Şərqi Zəngəzur da daxil olmaqla, işğaldan azad edilmiş bütün ərazilərimizdə başladılan bərpa-quruculuq prosesi ən qısa zamanda Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılıya da çatacaq. Bu torpaqlar əsl sahiblərinə qovuşacaq və həyat yenidən qaynayacaq.

Prezident İlham Əliyevin "Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!" bəyanatı bu tarixi anla daha da geniş miqyas aldı. Biz bu gün bu torpaqlarla yanaşı, artıq əbədi olaraq Bağanıs Ayrımdayıq, Aşağı Əskiparadayıq, Xeyrımlıdayıq, Qızılhacılıdayıq....


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 975   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr